Burberry Prorsum yaz-yay 2011-ci il kolleksiyasında kreativ dizayner Christopher Bailey tamamilə fərqli bir iş ortaya çıxarıb. Keçən ilki zərif krem rəngli şifonlar,drapelər,trençkotların yerinə rockin-chic qısa motor-bike dəri gödəkçələr, rəngli aksesuarlar, və exotic motivlər gəlib.
Beləki, bir çox kombinasiyada istifadə edilmiş animal print-lər də (heyvan naxışları) Burberry üçün yenidi. Bir çox üst geyim, biton(ilan növü) dərisindən hazırlanıb.
Kolleksiyada istifadə edilmiş üst geyimlərin tamamı Burberry-nin online saytında 1 həftəlik ilkin satışa çıxarılıb.Buna görə də yeni kolleksiyanın qiymətlərini də sizinlə paylaşa bilirəm.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
No comments:
Post a Comment