Friday, September 17, 2010

Salvatore Ferragamo-"Əsl İtalyan Marka"

Bu gündən etibarən sizə tez-tez dünyaca məşhur şirkətlər haqqında məlumat verəcəm.İlk olaraq Salvatore Ferragamo-dan başlamaq istədim çünki, bu markanı sevməyən insanı təsəvvür edə bilmirəm. "Əsl İtalyan Kefiyyəti" ifadəsini əlbəttəki, ilk olaraq Ferragamo-ya aid etmək olar . Marka ilə daha yaxından tanış olmaq üçün, tarixçəsinə qısaca bir göz gəzdirək.Bu əfsanəvi  markanın qurucusu Salvatore, İtalyada dünyaya göz açıb.Ayyaqabılara qarşı hər zaman  çox böyük marağı olan Salvatore, Neapolda ayyaqabı düzəltməyin ən incə sirrlərini öyrənməyə başlayır. Evlərinin yanında kiçik bir mağaza açaraq öz ayaqqabılarını burda satmağa başlayan Salvatore, daha sonra  ailəsi ilə Hollywood-a köçməli olur, beləliklə də Ferragamo-nun məşhurluğu qısa zaman ərzində bütün Kaliforniyaya yayılır. O artıq 1920-ci ildən Hollywood ulduzlarını geyindirməyə başlıyır.Beləki,aralarında Marilyn MonroSofia Roland kimi dünya ulduzlarının da olduğu zamanının moda ikonları, bu markanın ayaqqabılarının vurğununa çevrilir.

Marilyn Monroe/Sofia Roland


Günümüzdə də Hollywood ulduzları, cəmiyyətin ən önəmli insanları Ferragamo-nu severek geyinirlər.Jenifer Aniston, Anjelina Jolie,Demi Moore,Matt Daemon,Gerard Butler bu məşhurlardan sadəcə bir neçəsidir.


Celebrity in Ferragamo

 
Kişilərdə Ferragamonu çox sevir
Bu lux italyan markanın dünyanın ən önəmli şəhərlərində butikləri var. Artıq təxmini 3 il olar ki,  Bakıda da Ferragamo-nun kişi, qadın bir də duty free butiki fəaliyyət göstərir.

Ferragamo Baku Store
Beləki, Ferragamo dünyadakı ən bahalı kurtkanın istehsalçısı kimi də tanınır. Aligator dərisi bu kurtkanın qiyməti $200,000-dır.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.


$200,000  aligator coat

İndi isə bu markadan bəzi aksesuarlara  və ayyaqabılara baxaq.


Ferragamo-nun son dövürlərdəki çantaları


Ferragamo qadın ayaqqabıları

Ferragamo qadın ayaqqabıları

Ferragamo kişi çantaları

Ferragamo kişi ayaqqabı və aksesuarları

Some photos are from LuxLux.pl and Day.az. 

No comments:

Related Posts Plugin for WordPress, Blogger...