Saturday, November 6, 2010

Roberto Cavalli: 40 il 10 foto ilə


Vəhşi təbiətdən ilham alaraq illərdir millionlarca xanımın ürəyini fəth edən Roberto Cavalli, əməyinin 40-cı ilini qeyd etmək üçün möhtəşəm bir iş ortaya çıxardıb.Beləki, dizaynerin son illərdəki  ən sevilən geyimləri, aralarında  Heidi Klum, Jennifer Lopez,Cindy Crawford,Victoria BechamGiselle Bundchen  kimi dünya ulduzlarının da olduğu 10 fotoluq broşurla təqdim olunub.


Seçilmiş bütün geyimlər markanın ən ikonik modelləridir. İllərdir qırmızı xalçaları xüsusilə də animal print yəni heyvan naxışlı geyimləri ilə bəzəyən Roberto Cavalli detallarını 100-lərcə geyimin arasından belə seçmək çətin deyil. Bu isə moda tarixində öz izini qoymağın sübutudur.Broşurdakı bütün  fotoları sizinlə paylaşmaq istədim çünki, hamsı biri-birindən gözəldir.




















Hər bir geyim və foto sənət əsəridir, saatlarca oturub baxsan da, insan gözlərini çəkə bilmir. Mənim isə ən sevdiyim foto sonuncudur. Natasha Poly-inin üzərindəki möhtəşəm Roberto Cavalli donu mənim ən bəyəndiyimdir.P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.


No comments:

Related Posts Plugin for WordPress, Blogger...