Thursday, November 11, 2010

Celebrity Love Balmain's Gold Dress!!!



Bu gördüyünüz Balamin donun sezonun ən hit parçası olduğunu desəm yəqin ki, yanılmaram. Təbii ki, bu qərarı öz-özümə verməmişəm.Beləki, 7 dünyaca məşhur jurnalın üz qapağını bəzəyən bu geyim həm məşhurların, həm də moda editor-larının ən sevimli geyiminə çevrilib. Bundan əvvəl bu rekord Miu-Miu-nun altdakı donuna aid idi. Eyni vaxtda 3 jurnalın üzündə Eva Mendes,Lily Allen və məşhur model Freja tərəfindən geyinilmişdir.Artıq bu titulu Balmain öz üzərinə götürür.Həm də möhtəşəm bir libas ilə.Bu Balmin geyimin gözəlliyi deyəsən hələ çox məşhurları geyinməyə vadar edəcək, çünki artıq bir çox jurnal növbəti ayda öz qapağına bu geyimi seçdiyini açıqlayıb.Cəsur xanımların dərhal qarderobuna əlavə etdiyi bu qızılı donun qiyməti $30,700-$33,600 arasındadır.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

Miu-Miu Dress

Gold Balmain Dress

No comments:

Related Posts Plugin for WordPress, Blogger...