Təbii ki, bu iki böyük şirkətin istehsal etdiyi maşınların lux, komfort,dizayn və texnologiya baxımdan demək olar ki, rəqibi yoxdur. Buna görə də rəqabət elə məhz onlarınrın öz aralarında güclənir.Günümüzdə bir çox Avropa ölkəsindən fərqli olaraq Azərbaycanda sürətlə yayılmağa başlayan bu alman möcüzəsi,bizim insanların qiymətli məhsulları necə çox sevdiyini və həvəslə sahib olduğunu göstərir.
Əslində hər hansı iki məhsulu bir-biriylə müqayisə etməyi heç sevmirəm, çünki hər bir markanın, hər bir məhsulun özünəməxsus üstünlükləri var. Lakin, bu əzəli rəqiblərin bütün modellərində olduğu kimi, təxmini eyni sinif sayılan Mercedes E-Class və BMW 5-Series modelləri də müqayisə olunduğu üçün, mən də hər iki avtomobili yan-yana gətirib seçimi sizin etməyinizi istədim.Beləki, texnoloji parametirləri bir-birinə çox yaxın olan bu avtomobilləri fərqləndirmək vəya almaq istədikdə seçim etmək çox çətindir. Hər iki modeldə də ilk baxışdan xüsusi incəlik, zövq və lux detallar insanı cəlb edir. Müxtəlif parametirlərlə təqdim olunan E-Class və 5-Seriya alıcılara geniş seçim imkanı verir.
Mercedes E-Class-ın daha klassik görünməsi onu daha çox iş adamları tərəfindən sürücülər vasitəsi ilə idarə edilməsini,öz agressiv və sport görünümü ilə BMW 5-Seriya isə daha çox gənclərin sükan arxasında əyləşərək idarə etməsini təmin edir.Qiymətlərə gəldikdə, Avropada BMW 550i $80,550 olarkən, Mercedes E550 $72,605-dır.Ola bilsinki, bunun əsas səbəbi BMW-nin öz modelinin Mercedes-ə nəzərən 1 il gec istehsal etməsidir.Şəxsi fikrimi soruşsanız, mənim seçimim BMW 5-Seriya-dır.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
No comments:
Post a Comment