Saturday, November 20, 2010

Tom Ford for Women


Uzun illər Gucci-nin kreatv dizayneri kimi çalışaraq qadınları özünə valeh edən Tom  Ford, markadan ayrıldıqdan sonra sadəcə kişilər üçün öz imzası altında geyimlər dizayn edir və bu geyimləri dünyanın sayılı ölkələrindəki butiklərində, eləcə də Tom Ford Baku butikində, zövqlə geyinməyi sevən kişilərə təqdim edir. Uzun illər xanımların həsrətlə gözlədiyi Tom Ford qadın kolleksiyasını isə, nəhayət 6 illik ayrılıqdan sonra mediyaya qapalı şəkildə özəl bir show ilə təqdim edən dizayner, öz icazəsi olmadan mediyaya heç bir material vermək istəmədi.


Beləliklə də, uzun zaman gizli saxlanan kolleksiya yavaş-yavaş üzə çıxdı. Bu fotolarda Tom Ford özü də həmişəki kimi kamera önündə olmağa üstünlük verdi. Lakin, bəzi geyimlər professionallar tərəfindən Yves Saint LaurentArmani Prive stilinə bənzədilmişdir, elə məncə də bu son iki ağ-qara fonda çəkilmiş fotolardakı geyimlər  Armani Prive kəsimlərinə bənziyir.


Hər nə qədər bəzi tənqidlər olsa da, dünya modasında xüsusi yerə sahib olan Tom Ford-un uzun zaman gözlənilən bu kolleksiyasına heç şübhəsiz, xanımlar biganə qala bilməyəcək.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...