Tuesday, July 26, 2011

Yves Saint Laurent Pre-Fall 2011 Accessories

Bizim xanımlarımızın ən sevdiyi markalar arasında Yves Saint Laurent ilk sıralarda yer alır.Xüsusilə də, YSL Trib Too platformaları xanımlarımızın qarderoblarının ən sevilən parçasıdır. Hər hansı bir tədbirdə bu ayaqqabıları  geyinən onlarca xanımı görmək elə də çətin deyil.(burdan baxa bilərsiniz).



Yeni sezonun ən dəbli aksesuar və ayaqqabıları da bunun sübutudur.YSL payız kolleksiyası ilə artıq bütün dünyadakı butiklərində satışdadır. Eləcə də Yves Saint Laurent Bakı butikindən bu möhtəşəm kolleksiyanı əldə etmək mümkündür.







Thursday, July 21, 2011

Philppe Briand Vertigo 220ft


2011-ci ildə təqdim olunan daha bir möhtəşəm yaxta Vertigo 220ft oldu. Dizayner Philppe Briand tərəfindən hazırlanan ən böyük yaxta titulunu alan Vertigo, 2004-cü ildə layihələndirilsə də yalnız bu ilin fevralında tam formada başa çatdırılıb.Son dərəcə modern üslubda dizayn ounan yaxta,həddindən artıq böyük ölçülərə malik olmasına baxmayaraq,yüksək sürətə malikdir.



İnterier dizaynına gəldikdə, Christian Liaigre  tərəfindən dizayn olunan bu geniş və işıqlı yaxta,səyahət edən hər kəsi yüksək komfortla təmin etmək imkanına malikdir. Bir çox digər yaxtalardan fərqli olaraq, salonun işıqlı olması üçün böyük və şəfaf pəncərələrə xüsusi diqqət yetirilib.67 metir uzunluğu olan yaxtada salon,yataq otaqları, trinajor zalı, oturmaq və günəşlənmək üçün geniş açıq platforma və yüksək istirahət üçün daha bir çox üstünlüklər mövcuddur. Məncə çox söz deməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır.






Tuesday, July 19, 2011

Arzu Aliyeva in Azzedine Alaia Dress

Öz kutur donları və dəri aksesuarları ilə Azzedine Alaia ən zəngin və kübar xanımların seçimləri arasında ilk sıralarda yer alır.Dünyada daha çox böyük multibrand-lərdə satılan Azzedine Alaia, bəlkə də bir Gucci, Hermes yada Chanel qədər insanlar arasında tanınmır, hətta web səhifəsi belə olmayan bu markanın modasevərlər arasında bu qədər məşhur olmasının ən əsas səbəbi onu seçim edən dünyaca məşhur, status sahibi olan xanımlardır.Bu xanımların arasında Michelle Obama,Victoria Beckham,Megan Fox,Naomi Campbell və daha onlarca xanımın adını göstərmək olar. Bunları qoyuram bir kənara, gələk bizim cəmiyyət həyatına.Hər zaman möhtəşəm seçimləri ilə məni valeh edən Arzu Əliyeva,bu dəfə sezonun ahənginə uyğun krem rəngli,Azzedine Alaia marka knit don geyinmişdir.


Azzedine Alaia hər sezon satışa az çeşid çıxarmasına baxmayaraq, geyimlərinin tamamı tez bir zamanda tükənir. Buda xanımların çox vaxt eyni geyimi geyinməsinə səbəb olur. Məsələn, Arzu xanımın seçim etdiyi Azzedine Alaia marka donun Katherine Jenkins Kelly Ripa qırmızı rənglisini,Coleen Roney boz rənglisini daha əvvəl geyinmişdir.Mən qırmızı rəngli modelini daha çox bəyənsəm də hər dörd xanıma libas çox gözəl yaraşıb.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

Arzu Aliyeva/Katherine Jenkins/Kelly Ripa/Coleen Roney

Audi A5 2012


Audi A5 modelinin restyling(restaylinq) versiyasını təqdim etdi.Agresiv ön faraları, yenilənmiş bamper və radiator barmaqlıqları avtomobilə daha dinamik və sportiv bir görüntü qazandırıb. Audi A5 üç yeni: kupe,kabriolet və sportback versiya ilə təqdim olunub.




4,2 litr həcimli 333 at gücünə malik V8 mühərrik ilə təhciz olunan A5 modelinin maximum sürəti 250 km/saat-dır.100km/saat sürəti yığmaq üçün avtomobil 4.9 saniyə vaxt sərf edir.




İnterier dizaynına gəldikdə, əvvəlki modellərdən çox böyük dəyişiklik yoxdur.Yenə hər şey idman üslubunda ən incə detallar belə mükəmməlliklə dizayn olunub.Bütün Audi avtomobillərində olduğu kimi A5-in  salonunda da Danimarkanın lux texnologiya istehsalçısı olan Bang&Olufsen marka peyk naviqasiya və stereo sistemi quraşdırılmışdır.




Audi A5-in kupe modlinin Almaniyadakı qiyməti  33,350 avrodur(təxmini $48,000).
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

Tuesday, July 12, 2011

Adriana Lima for Blumarine


Cəlbedici gözəlliyi və nəfəs kəsən bədən quruluşu ilə Adriana Lima yeni sezonda Blumarine-in reklamlarını bəzəyəcək. Dünyanın ən məşhur modellərindən olan Adriana Lima, markanın bir-birindən gözəl donlarında möhtəşəm görsənir. Krujevalı parçalar, animal print-li(heyvan motivləri)  və tünd bənövşəyi rəngli donlar yeni payız-qış sezonunda düzgün bədən quruluşuna malik xanımlar üçün ideal seçim olacaq.Əminəm 30 yaşlı brazilyalı model, İtalyan moda evinə çox böyük uğur qazandıracaq.
P.S Luxury Baku blogunu Facebook səhifəsindən də izləyə bilərsiniz.









Monday, July 11, 2011

Chanel Pre-Fall 2011 Accessories Collection


Chanel-in qızılı motivlərlə zəngin Pre-Fall 2011 kolleksiyasını(burdan baxa bilərsiniz) artıq bütün Chanel butiklərindən əldə etmək mümkündür.Ölkəmizdə markanın butiki olmasa da,yay ayları ərzində Fransa-ya səyahət etsəniz mütləq Chanel butikinə baş çəkib bu möhtəşəm çanta və aksesuarları ala bilərsiniz. Ayaqqabıları demirəm, çünki bəyənmədim.Hələ uzun-boğaz çəkmələr, məncə bərbaddır. Amma işləməli aksesuarlar və çantalar Lagerfeld-in zərif zövqünün sübutudur. Önümüzdəki payız aylarında geyimlərinizi fərqli Chanel çantaları və aksesuarları ilə tamamlamaq istəyirsinizsə biraz tələsin,əminəm xüsusilə də çantalar sentiyabr ayına qədər tükənəcək.
P.S Luxury Baku blogunu Facebook səhifəsindən də izləyə bilərsiniz.



Van Cleef & Arpels "From the Earth to the Moon" Watch


Bu gördüyünüz möhtəşəm saat Van Cleef & Arpels tərəfindən, sentiyabr ayında keçiriləcək “ONLY Watch” xeyriyyə auksiyonunda satışa çıxarılacaq. Məşhur Fransız yazar Jules Verne-yə həsr olunmuş "From the Earth to the Moon" saatı, yazarın göy cisimləri haqqında 1865-ci ildə yazdığı əsərin ideyaları əsasında hazırlanmışdır.İnsanların ayı kəşf etməsi  fəlsəfəsinə  əsaslanan saatın korpusunda  günəş sistemi təsvir olunmuşdur. Yerin,Ayın,ulduzların hətta meteoritlərin belə qiymətli materiallardan, əl ilə  hazırlanması bu möhtəşəm saata diqqəti biraz da artırır.Xüsusilə də, kosmik raket formasında hazırlanan əqrəblər çox fərqli və qeyri-adi ideyadır.Sadəcə bir ədəd istehsal olunmuş saatın, hazırlanması videosunu da sizinlə paylaşıram.
P.S Luxury Baku blogunu  Facebook-dan da izləmək üçün buraya daxil olun.

   


Sunday, July 10, 2011

Emin Live Concert(Leyla Aliyeva in Herve Leger)

Bildiyiniz kimi, iyulun 7-si Yaşıl Teatırda Emin Ağalarovun konserti var idi. Bilet almağa gec qaldığım üçün biraz məyus olmuşdum.Daha sonra Facebookdakı Emin Agalarov fan səhifəsinin admini,yaxın dostum Nərgiz məni də konsertə dəvət etdiyni deyəndə öz-özümə yaxşı ki, bilet qalmamışdı dedim.Hər halda, minnətdaram çünki, belə möhtəşəm bir konserti qaçırmaq olmazdı.


 Eminin ifasına bir sözlə-əla deyə bilərəm. Ən çox diqqətimi isə səsindən və özündən əminliyi,səhnədəki sərbəstliyi və cool davranışları çəkdi. Zamanın necə keçdiyini anlamadığım konsertdə hər kəsin wooow dediyi hissə , konsert dağıldıqdan sonra Eminin Righteous Brothers-in ən sevilən mahnılarından olan Unchained Melody mahnısını ifa edərək ,orta  cərgələrdə əyləşən Leyla xanıma gül verməsi idi. Çox zərif və gentlemen davranış idi.


Gələk geyimlərə, Emin səhnə üçün sadə, klassik kostyum geyinmişdir.Yanılmıramsa daha əvvəl də bu kostyumda onu görmüşəm. Leyla xanım isə yenə də Herve Leger kolleksiyasından mavi  bandaj don geyinmişdir. Beləki, bu ay içində artıq 3-cü dəfədir ki, xanımı bu markanın donları ilə görürük.(daha əvvəlki seçimlərinə burdan baxa bilərsiniz ) .Leyla xanıma çox yaraşıb lakin, şəxsi fikrimcə konsert üçün biraz daha sadə və rahat seçim etsə idi əla olardı.


Demək olar ki, Azərbaycan cəmiyyət həyatının ən önəmli xanım və bəyləri bu konsertin dəvətliləri arasında idi. Hər kəs, sanki özü səhnəyə çıxacaqmış kimi, ya da Oscar törənində qırmızı xalçadan keçəcəkmiş kimi hazırlanmışdı. Fotolar olsaydı sizin də görməyinizi istəyərdim.Onlarca min dollarlıq Hermes çantalardan danışım, yoxsa hər 5 xanımdan 4-nün götürdüyü Chanel 2.55-lərdən, hətta məni gülməkdən öldürən, konsertə Bottega Veneta klarçlarla gələnlər belə var idi.Hə bir də kostyum geyinib qalstuk taxan kişilər.Artıq məkanın necə əyləncəli olduğunu siz düşünün.
Əgər konsertə gəlmək məqsədləri istirahətdirsə niyə bu qədər bəzənirlər heç cür başa düşmürəm. Rahat cins,t-shirt və krasovkalar geyinib, boynundan çarpaz keçirəcəyin kiçik bir çanta( diqqət çəkmək istəyirsənsə Hermes Constance bunun üçün idealdır )  və eynək taxaraq, əlinə də suyunu alıb  konsertə gəlmək ən doğrusudur. Onsuz da yarım saat keçmədi ki, hava qaraldı))Ümid edirəm zamanla düzələr.
P.S Luxury Baku-nu  Facebook səhifəsindən də izləyə bilərsiniz.

Laguna Phuket


Laguna Phuket, yaşıl təbiətlə dənizin iç-içə olduğu exzotic məkanlarda istirahət etməyi sevənlər üçün ideal bir hoteldir. Səyahət etmək istədiyim mistik ölkələr arasında ilk sırada yer alan Tayland-da yerləşən bu istirahət mərkəzi  tropikal bağlarla əhatə olunub.Lagoon Bangtao ağ çimərliklərinin 8 kilometirliyində yerləşən hotel, Phuket Beynəlxalq Hava Limanından sadəcə 20 dəqiqəlik məsafədədir.









Ekoloji cəhətdən ölkənin ən uğurlu layihələrindən sayılan Laguna Phuket-də, şəhər səs-küyü və stressindən uzaqda istirahət etmək üçün bütün əlverişli şərait yaradılıb. Hoteldə ən böyük diqqət SPA mərkəzlərinə verilib. Aralarınada Banyan Tree Angsana Gallery SPA-butiklərinin də olduğu 27 mağazadan ibarət ticarət mərkəzində turistlər buraya xas olan həsir zənbilləri,əl işləməli parçaları,zərgərlik və keramik əşyaları eləcə də masaj və aromaterapiya yağları əldə edə bilərlər.






Məncə hotelin komfortu ilə bağlı çox söz deməyə ehtiyac yoxdur.Fotolar bunun sübutudur.Taylanda yolunuz düşsə mütləq  Laguna Phuket-ə baş çəkin.



Related Posts Plugin for WordPress, Blogger...