2011ci il yaz-yay üçün biri-birindən gözəl və rahat geyimlər hazırlayan Joop! yeni sezonda kişilərin qarderoblarını bəzəyəcək. Bəlkədə, indiyə qədərki bütün geyimlərinə sahib olmaq istədiyim nadir kolleksiyalardandır. Hər bir geyimi çox rahattlıqla və tərəddüdsüz geyinə bilərəm .Bu möhtəşəm kişi kolleksiyasında daha çox gündəlik üçün nəzərdə tutulmuş bir o qədərdə trendy geyimlər yer alır.Hər yerə rahatlıqla geyinə biləcəyiniz bu kolleksiya sizi həmin ünvanda digər insanlardan fərqləndirəcək.Çünki, hər bir parçada sadəlik, keyfiyyət və modern kəsimlər açıq -aydın görsənir.Mənim ən çox bəyəndiyim isə birinci fotodakı, yaşıl və boz rənglərin kombinasiyasıdır.Həqiqətən çox fərqli və uğurlu çalışmadır.
No comments:
Post a Comment