Thursday, January 6, 2011

Stylish Leyla Aliyeva and Emin Agalarov

Niyə məhz hər dəfə Leyla Aliyeva və Emin Agalarovun geyimləri haqqında sizinlə fikirlərimi paylaşıram?Çünki, demək olarki, bizim cəmiyyət həyatında göz önündə olan xanım və bəylər  çox azdır.Bir çoxunun da ya geyimində, ya da zövqündə çatışmazlıqlar var. Lakin bu cütlük öz stilləri, yerinə görə düzgün geyim seçimləri ilə göz önündə çox müsbət bir imic yaratmağı bacarmışdılar.Xüsusilə də, Emin bəyin lux  sektorla, yəni dünyanın ən tanınmış geyim markaları ilə uğurlu əməkdaşlıq etməsi  bunun əsas səbəblərindən biri olduğunu düşünürəm.



 Artıq rahatlıqla Leyla xanımın kokteyllər üçün daha çox seçiminin Balmain markasından olduğunu deyə bilərəm. Elə bu möhtəşəm Balmain Fall 2009 donu da Leyla xanıma çox yaraşıb. Ayaqqabı seçimi isə yenə də Yves Saint Laurent dır.


Balmain-in möhtəşəm donları yeni sezon üçün ulduzların qarderobuna daxil olan ilk parçalar olur. Balmain-dən hər hansı bir donu geyinmək məşhurlar üçün riskdir çünki, o geyimi bir digər məşhurun əynində görmək ehtimalı çox böyükdür. Məsələn elə 2009-cı il MTV VMA(Video Music Award) show-sunda Pink və Shakiranın eyni Balmain donu seçməsi uzun müddət medianın gündəmindən düşməmişdi.


Kişilərin qarderobunda daha çox klassik geyimlər olduğu üçün məsələn, Emin Agalarovu daha çox kostyumda vəya smokingdə gördüyümüz üçün markalarını müəyyən etmək olmur. Lakin, bu dəfə Emin bəy çox daha uğurlu bir tərz yaratmağı bacarıb və bu stilin ona daha çox yaraşdığını düşünürəm. Beləki, Emin bəy Alexander McQueen  markasının məşhur seklet başlı t-shirt-nü cins və pencəklə uğurla tamamlamışdır.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...