Tuesday, January 18, 2011

Golden Globe 2011 Red Carpet

2011-ci ilin Golden Globe(Qızıl Qlobus) qırmızı xalça törəni çox rəngli keçdi. Bir-birindən gözəl ziyafət geyimləri və qiymətli aksesuarlaın parıltısı yenədə show-nun ən diqqət çəkən hissəsi idi. Artıq günümüzdə bu cür önəmli yarışmaların mükafatvermə hissəsindən çox qırmızı xalça törəni maraq toplayır.Beləki, bu dəfə xanımların seçimləri arasında yaşıl,qızılı və çəhrayı tonları üstünlük təşkil edirdi.
Angelian Jolie-nin yaşıl Atelier Versace libası çox gözəldir amma özü çox solğun görsənir. Tourist filminin primeriyasında daha şən və gözəl görsənirdi. Brad Pitt-in də seçimi Versace-dir. Klassik geyimi ilə seçim etdiyi eynək isə çox uğursuzdur.Daha başqa bir eynək vəya heç geyinməsəydi daha yaxşı olardı.Catherine Zeta-Jones-un seçimi isə Monique Lhuillier-dir. Catherian-in ağ rəngli dərisinə bu tünd yaşıl geyim çox yaraşıb.Saç və makyajıda sadə və gözəldir.Ziynət əşyaları isə Van Cleef & Arpels-dəndir. Catherina-nın partneri Michael Douglas-un smoking seçimi isə Canali-dir.Mila Kunis-in drap Vera Wang geyimi və Elisabeth Moss-un Donna Karan geyimi də yaşıl və gözəldir.


Gecənin ən gözəl xanımı isə Natlaie Portman-dır.Hər zaman ən düzgün seçimləri ilə hər kəsi özünə heyran edən Natalie bu dəfədə gecənin ən gözəl geyimlərindən Viktor&Rolf marka zərif donu Tiffany & Co ziynət əşyaları ilə tamamlamışdır.Hugh Dancyi Burberry smokingdə çox yaraşıqlı görsənir,partneri Clarie Danesin Calvin Klein Collection libası isə  üzərinə tam oturmayıb.3-cü fotodakı Emma Stone-nin Calvin Klein Collection donu daha gözəldir və sanki üzərinə tikilib.Mark Wahlberg partneri Rhea Durham ilə gecəyə qatılmışdı.Xanımın Michael Kors libası çox gözəldir. Seal isə bir-birinə çox uyumsuz  smoking və ayaqqabılarla qatılmışdır, xanımı Heidi Klum isə bu dəfə məni təəccübləndirdi. Hər zaman çox uğurlu seçim edən Heidi, bu dəfə gözəl ama gecəyə çoxda uyğun olmadığını düşündüyüm Marc Jacobs libası ilə qatılıb.Ən sevdiyim aktrisalardan olan Julianne Moore bu dəfə Lanvin marka uğursuz bir satin geyim seçmişdir. Libasın ön hissəsinin qırışması pis bir görüntü yaratmışdır.


Qırmızı xalçanın geyimi ilə bir digər uğurlu xanımı Jenny Packman libası ilə Sandra Bullock-dur.İllər keçsədə gözəlliyindən bir şey əksilməyən "Queen" Helen Mİrren qızılı Badgley Mischka libasını Cartier ziynət əşyaları və Salvatore Ferragamo klarç(Clurtch) ilə tamamlayıb. Anne Hathaway-in Armani Prive strong shoulder libası da çox gözəldir.Ziynət əşyaları isə Van Cleef & Arpels -dir.Scarlett Johansson-un da Elie Saab donu və saçının quruluşu möhtəşəmdir.Megan Fox-un Armani Prive geyimini isə heç bəyənmədim. Hələ makyajının çox yanlış olduğunu düşünürəm.Michelle Williams-in Valentino donu nə çox gözəl nə də çox pisdir yəni normal desək kifayətdir.


Jennifer Lopez müğənnilər arasında ən düzgün və uğurlu geyinən xanımdır desəm yalan olmaz. Artıq bir neçə dəfədir J.Lo-nun qırmızı xalça seçimlərində ilk sıralarda möhtəşəm Zuhair Murad libasları gəlir. Bu dəfə də o dizaynerin ağ libasında çox gözəl görsənir.Leighton Meester-də qırmızı xalça törənin ən gözəl və sadə xanımları arasında idi.Xanım Burberry marka libasını Louis Vuitton çantası və Jimmy Choo ayaqqabıları ilə tamamlayıb.Milla Jovovich Armani Prive libası çox gözəl daşımağı bacarıb. Nicole Kidman Prada libasında çox sadədir. Christian Augliera isə tül Zuhair Murad libasında gözəl görsənir.Dianna Agron J. Mendel geyimində  feminin görüntü  yaratmağı bacarıb.

Jennifer Lawrence-nin Louis Vuitton libası  markanın klassik kəsimlərinə uyğun və gözəldir.Ziynət əşyaları Chopard, klarç Leiber ayaqqabıları isə Roger Vivier-dir.Julianne Hough  sadə və üst hissəsi işləməli  Marchesa donu seçmişdir. Marchesa-nın bu qədər sadə və gözəl geyimlərini nadir görmək olur, ümumiyyətlə marka daha qabarıq və fərqli geyimləri dizayn edir.Eva Longoria da qara, bel hissədən lentlə bağlı fərqli bir Zac Posen imzalı libas seçmişdir.Amy Adams da tünd göy rəngli Marchesa seçib.Bu rəngli geyimlər qırmızı xalçalarda ən uğurlu və uyğun seçimlər arasındadır.Ziynət əşyaları Cartier-dəndir.Julianna Margulies-in seçimi isə iki hissədən-üst hissəsi qara korset, alt hissəsi isə zərif çəhrayı satindir.Bu zərif geyim  sadə kəsimlərindən də anlaşıldığı kimi Yves Saint Laurent-dir.January Jones isə bu sezonun ən məşhur və iddialı geyimlərindən olan Atelier Versace imzalı qırmızı libası seçmişdir.
Xanımlar qədər diqqət çəkməsələrdə, bəylər də qırmızı xalça törnlərinə xüsusi bir zəhmətlə hazırlanırlar. Beləki, sırayla, Jake Gyllenhaal klassik Burberry smoking ilə əla görsənir.Robert Pattinsonun seçimi isə tünd göy rəngli tək düyməli Gucci smoking-dir.Zac Efron  Calvin Klein Colection-dan seçim etmişdir.Johnny Depp-in seçimi isə öz fərqli stilinə uyğunlaşdırdığı Ralph Lauren-dir.Qırmızı çərçivəli kəmər ilə fərqli bir kombinasiya edən Jesse Eisenberg-in seçimi  Dolce & Gabbana-dır. Bir digər fərqli seçimi isə tünd göy rəngli köynəyi ilə Jeremy Renner Prada imzalı smoking ilə etmişdir. Digər məşhur kişilərin seçimləri arasında  yenə də Tom Ford, Salvatore FerragamoDior Homme kimi bir neçə markalar da yer alır.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...