Thursday, January 6, 2011

Louis Vuitton Cruise 2011

Cruise 2011 üçün marka reklam kompaniyasını təqdim etdi. Biri-birindən gözəl fotolarda sezonun təravətini açıq-aydın görmək mümkündür. Şifon donlar, aksesuarlar və çoxda dəyişməyən klassik  Louis Vuitton çantaları yeni sezonda da çox möhtəşəmdir.Reklam üçün sezonun ən iddialı parçalarını seçən marka əsasən də aksesuarları ilə mövsümdə moda tutqunlarının əvəzolunmazlarından olacaq.Reklam kompaniyası üçün seçilmiş məkan,retro avtomobil və yaxta da kolleksiyayanın havasına çox uyğundur.Qısacası hər şey çox gözəldir amma Louis Vuitton kimi bir markadan insan daha fərqli bir ideya tətbiq etməsini gözləyir.Məsələn, Madonna ilə keçən sezondakı iş birliyi çox daha fərqli və uğurlu idi. Artıq neçə illərdir ki, Gucci, Salvatore Ferragamo kimi markalarda buna bənzər reklam kompaniyalarını dəfələrcə təqdim etdi.Ümid edirəm gələn sezonlarda daha fərqli çalışmaları görə biləcik.





No comments:

Related Posts Plugin for WordPress, Blogger...