Biri dünyanın ən sevilən, yaraşıqlı və xarizmatik aktyorlarından biridir, digəri dünyanın ən sevilən,gözəl və cazibədar xanımlarından biridir.Dünya Jason Statham-ı Transporter və Death Race filimlərindəki güclü performansı ilə tanıdı. Hər zaman xarizmatik görünüşü İngilis aktyora, xüsusilə də, xanımlardan ibarət böyük fanat ordusu qazandırdı.
İngilis model Rosie Huntington isə, ilk zamanlar fərqli cazibəsi və dodaqları ilə dünya markalarının diqqətini çəkməyə başladı. Daha sonra İngilis marka Burberry-nin üzü və Victoria's Secret-in mələklərindən olan model son dönəmlərin ən çox sevilən modellərindəndir. Beləki, son Transformers filmi üçün də Meqan Fox-u əvəzləyəcək Rosie, film sektoruna da daxil olmağı bacardı.
Rosie in Victoria's Secret Show |
Rosie in Victoria's Secret Show |
Beləki, bu cütlük gördükləri işlərlə bərabər öz geyimləri ilə də dünyanın ən fashionable cütlüklərindən sayılırlar.Hər ikisinin düzgün bədən quruluşuna sahib olması geyindiklərini onlara yaraşdırır.Beləki, xüsusilə Mario Testinonun Burberry üçün çəkdiyi fotolarda Rosie-nin gözəlliyi adamı valeh edir.
Bu gördüyümüz fotoda isə səyahətdən dönərkən,Rosie Hermes Birkin çantasını özü ilə götürüb. Ümumiyyətlə, 30-yaşın altı xanımlara bu çantanı yaraşdıra bilmirəm. Lakin, Rosie özü ilə mavi Denim rəngli Birkini götürdüyü üçün bu istiasnanı qəbul etmək olar. Jason Statham isə bu sezonun ən sevdiyim çantalarından olan Bottega Veneta-nın səyahət çantasını götürüb.
Ümid edirəm bu cütlüyü bir yerdə daha çox görə biləcik çünki, biri-birinə çox yaraşan cütlükdür.
No comments:
Post a Comment