Saturday, June 25, 2011

Mercedes Benz M-Class 2012


Mercedes 3-cü nəsil M-class modelini təqdim etdi.Ştutqartda görücüyə çıxarılan yeni M-class,  əvvəlki modellərdən ilk növbədə ölçülərinə görə fərqlənir. Avtomobilin yeni platforması daha uzun(24 mm) və genişdir(16mm).



Açığı yeni modeli çoxda bəyənmədim, xüsusilə də, arxa hissəsi həddindən artıq hamar xətlərlə hazırlanıb. Lakin, yeni M-class-ın interier dizaynına məncə bir söz deməyə ehtiyac yoxdur.Hər kiçik detal incəliklə və böyük zövqlə hazırlaıb.Rəng olaraq isə qara və qəhvəyi rənglərin möhtəşəm uyumu var.




9 hava yasdığı ilə təhciz olunmuş M-class, həmdə yüksək sensorları vasitəsi ilə qaranlıqda piayadaları tanımaq imkanı verir.Bu da avtomobilin təhlükəsizlik imkanlarının maximuma qaldırıldığını göstərir.

Friday, June 24, 2011

Shopping Time

Uzun zamandır birlikdə alış-veriş etmirdik. Bu gün online butiklərə göz gəzdirdim və ən son kolleksiyalardan olan bəzi aksesuar,çanta və ayaqqabı modellərini sizin üçün seçdim. Biri-birindən gözəl "must have" əşyalar bu sezon xanımların qarderoblarının ən vacib parçalarına çevriləcək. (P.S Luxury Baku blogunu Facebook-dan da izləyə bilərsiziniz. Bunun üçün buraya daxil olub Like edin. )
1.Sezonun ən dəbli Ayaqqabıları.




2. Bu sezon qarderobları yeniləyəcək Çantalar və Klarçlar.



3.Nəhayət, ən sadə geyimləri belə dəbli formaya gətirən Aksesuarlar.





Sunday, June 19, 2011

Prada Yaz-Yay 2011 Gün Eynəkləri


Lux italyan marka Prada-nın yaz-yay 2011 kolleksiyasının nə qədər uğurlu olduğunu, məncə yenidən deməyə ehtiyac yoxdur. İstər geyimləri, istərsə də fərqli aksesuarları ilə marka bu sezon trend yaratmağı bacardı.(Prada yaz-yay 2011 kolleksiyasına burdan baxa bilərsiniz).


Yayın başlaması ilə, qarderoblara daxil olan ilk aksesuarlar əlbəttə ki, gün eynəkləridir. Bu sezonun ən diqqət çəkən eynəkləri isə məhz Prada kolleksiyasında idi. Qlamur çərçivəli eynəklər, bu sezonun ən çox seçilən eynəkləri arasınadır. Qiymətləri $250-$290 arasında dəyişən eynəklər, bu sezon fərqli görünmək istəyən xanımlar üçün idealdır.





Yeri gəlmişkən Prada payız-qış 2011 kişi kolleksiyasının reklamları üçün, "Spiderman" filmindən tanıdığımız 35 yaşlı aktiyor Tobey Maguire-nı seçib. İlk fotolardan seçimin çox uğurlu olduğunu demək olar.

Saturday, June 18, 2011

Billie Achilleos for Louis Vuitton

Bu sezonun vitrinlərinə göz gəzdirdiyimdə,diqqətimi ən çox çəkən Louis Vuitton-un Londondakı yeni butiki üçün, dizayner Billie Achilleos-a hazırlatdığı bu möhtəşəm heyvan heykəlciklərindən ibarət vitrinlər oldu. Beləki, markanın kiçik monogram aksesuarlarından hazırlanan heyvan fiqurları qısa zamanda hər kəsin diqqətini çəkməyə başladı.Əminəm mənim qədər siz də bəyəndiniz.)







Ümumiyyətlə,markalar arasında vitrinlərini ən çox bəyəndiyim Hermes-dir. Xüsusilə də, Paris-dəki butikinin vitrinləri hər sezon sanki Picasso-nun fırçasından çıxmış kimi artistik olur. Müxtəlif  temalar üzərinə qurulan, fərqli dünya mədəniyyətlərini əks etdirən vitrinlər, tək kəlimə ilə möhtəşəmdir.


Friday, June 17, 2011

Angelina Jolie is a New Face of Louis Vuitton

Bir müddət bundan əvvəl Louis Vuitton-un yeni reklam üzünün Angelina Jolie olacağı açıqlandı. Beləki, marka ilə 10 million dollara razılaşan aktrisanı o gündən sonra yerli-yersiz LV Monogram çantaları ilə görmək mümkündür. Təbii ki, bu normal haldır. Əgər məndə çəkimləri bir neçə saat çəkən bir reklam üçün bu qədər pul alsaydım, hələ üstünə bir də, insanların xəyallarını bəzəyən LV çantalarına pulsuz sahib olsaydım, yəqin ki, hər yerə bu möhtəşəm çantalarla gedərdim))


Çox təəssüf ki, reklamı bəyənmədim. Məncə çox maraqsız və solğun bir çalışma alınıb. Daha əvvəl bir çox dünya ulduzu markanın reklamlarında yer almışdır. Bunlardan ən məşhuru və yadda qalanı isə pop diva Madonna-nın 2009-cu ildə çəkildiyi kompaniyadır. Angelina ilə müqayisədə, Madonna LV ilə həddindən artıq canlı və dinamik bir iş ortaya çıxarmışdı. Mənim fikrimcə Madonna bu markaya daha çox yaraşır.



Hublot King Power Oceanographic 4000 Dive Watch

İsveçrənin məşhur saat istehsalçısı Hublot daha bir möhtəşəm saat modelini təqdim edir. Suya davamlılıq səviyyəsinin maximum həddə çatdırıldığı Hublot King Power Oceanographic 4000 Dive Watch ən yüksək texniki imkanlarla təhciz olunmuşdur.NHS ekspertləri tərəfindən keçirilən testdə saatın 5000 metir dərinlikdəki təyziqə  davam gətirdyi təsdiqləndi. Təbii ki, bu cür yüksək performansın təmin edilməsi üçün ən incə detalların belə dəqiqliklə hazırlanması vacibdir. Hublot bunun öhdəsindən uğurla gəlməyi bacarıb.


Superluminova fosfor tərkibli 6,5 mm qalınlığındakı mat korpus, safir şüşə ilə örtülmüşdür. Saat sadəlikdən və zəriflikdən uzaq bir görünümə malik olsa da, qeyri-adi konstruksiyası ilə gənc və dinamik bir dizayna sahibdir.


Bu mükəmməl saatın titan korpuslu versiyası 1000, qara karbon korpuslu versiyası isə 500 kimi sayılı nüsxə ilə satışa çıxarılacaq.

Friday, June 10, 2011

Lets Play Color Game!!!

Bugün biraz rənglərlə oynamaq istədim.Bu möhtəşəm Preen donu gördüyüm andan etibarən müxtəlif rənglərlə kombinasiya edib sizinlə paylaşmaq istədim. Donun üst hissəsindəki müxtəlif rəng çalarları, onu bir çox rənglə rahatlıqla uyğunlaşdırmağa imkan verir. Məsələn, çəhrayı tonlarla hər zaman uğurlu olan bənövşəyi klarç, klarçın və donun rənginə fərqli bir hava qatan sarı Christian Louboutin platformalar. Eyni zamanda sezonun ən məşhur və sevilən eynəklərindən olan Prada "cat-eye" çərçivəli gün-eynəyini də yaddan çıxarmaq olmaz.


1.Çəhrayı don Preen £737(təxmini-$1200)
2.Sarı platformalar Christian Louboutin £515(təxmini-$840)
3.Bənövşəyi klarç Ralph Lauren Collectino £983(təxmini-$1600)
4."Cat-eye" çərçivəli eynək Prada £200(təxmini-$330)
5.Qolbaq Pippa Small £2082(təxmini-$3400)
6.Üzük John Hardy £830(təxmini-$1350)

Thursday, June 9, 2011

The Hippest Bag by Emporium



 Azərbaycanın ən böyük multibrand butikilərindən biri olan Emporium-un Facebook-da keçirdiyi "The Hippest Bag" foto müsabiqəsindən yəqin bir çoxunuz xəbardarsınız. Biri-birindən gözəl xanımların çantaları ilə çəkdirdiyi fotolar "like" vasitəsi ilə səs verməyə qoyuldu və qalib Gül Ələkbərova adlı iştrakçı oldu. Hermes Birkin çantası ilə çəkdirdiyi fotonun birinci seçilməsi xanıma bir çanta daha qazandırdı. Emporium tərəfəndin hədiyyə edilən çanta möhtəşəm çəhrayı bir Prada idi.



Gələk hədiyyəni təqdim edən xanıma. Adının Sabina olduğunu komentlərdən öyrəndiyim bu xanımın seçim etdiyi Prada libas həqiqətən çox gözəldir.Bu sezonun ən məşhur və sevilən donlarından biri olan bu Prada-nın eynisini daha əvvəl Eva Mendes də geyinmişdir.La Prairie butikinin açılışındakı bərbad seçimlərdən sonra(burdan baxa bilərsiniz) Sabina xanımın trendy seçimini dərhal sizinlə paylaşmaq istədim.

Alessandra Ambrosio for Numero Tokyo


Victorias Secret's-in ən sevilən braziliyalı mələklərindən biri olan Alessandra Ambrosio, Maxim jurnalının sıralamasında dünyanın ən gözəl 100 xanımı arasında yer almışdır. Normal həyatda geyim tərzini bəyənməsəm də, Numero Tokyo jurnalı üçün çəkilmiş bu fotoları çox bəyəndim, xüsusilə də çəkimlər üçün seçilmiş birinci don həddindən artıq gözəldir.Lakin geyimlə seçim etdiyi qırmızı rəngli ayaqqabının altında etiketin görsənməsi heç də xoş hadisə deyil. Bu cür professional çalışmalarda ən kiçik detallara belə diqqət etmək lazımdır ki, bu nöqsana kiçik də demək olmaz.








Related Posts Plugin for WordPress, Blogger...