Friday, January 28, 2011

Valentino Spring 2011 Couture

Valentino haqqında nə demək olar- zəriflik, eleqantlıq və aristokratlıq.Əsl Valentino cizgiləri. Qırmızı xalça törənlərinin əvəz olunmazları olan couture kolleksiyalarının ən uğurlu markalarından Valentino  Oscar qabağı möhtəşəm bir kolleksiya təqdim etdi. Böyük ehtimal bu gözəl geyimlərdən bir neçəsini Oscar qırmızı xalça törənində dünya ulduzlarının üzərində görə biləcik. Kolleksiya kənarları dalğalı, havada uçan şifondan hazırlanmış zərif donlardan ibarətdir. Keyfiyyət dediyimiz detalı Valentino kolleksiyasında açıq-aydın görmək mümkündür.Yaz havasında möhtəşəm bir kolleksiyadır.







Thursday, January 27, 2011

Dresses 2011

Bu dəfə, hal-hazırda markaların satışda olan donlarından bəzilərini seçdim. Ziyafət, kokteyl və gündəlik yaşam üçün qruplaşdırdığım geyimlərin bir çoxu yaz aylarının ilk parçaları olduğu üçün canlı rənglər və yaz əhval-ruhiyyəsi açıqca hiss olunur.Daha yaxından incələmək üçün fotoların üstünə tıklayın.






Monday, January 24, 2011

Missoni Home

 Ritmik,lux motivlərlə zəngin, ikonik rənglərin harmoniyası və klassik zig-zag-lar bütün bunlar Missoni-nin həm geyim, həm də dizayn setorundakı əsas prinsipidir. Hər zaman gənclərin və gənc qalmağı bacaranların tək qarderoblarını  yox,həm də  evlərini  Missoni bəzəyir. Daha çox yumuşaq mebel və dəstləri dizayn edən marka rahatlığa və comforta  çox önəm verənlərin ilk seçimidir.

Sunday, January 23, 2011

Emin Agalarov in Louis Vuitton and Lanvin



Emin Agalarov uzun illərdir Rusiya, Azərbaycan və MDB-də bir çox lux geyim və ayaqqabı markasının  təmsilçiliyini edir. Hər zaman moda dünyası ilə yaxından əlaqədar olması onun öz qarderobunun da zəngin olmasına səbəb olur. Xüsusilə, Baku  jurnalının üz qapağı  və son albomu Wonder üçün çəkdirdiyi fotolarda seçim etdiyi sadə,klassik Louis Vuitton marka kostyumunu çox bəyəndim. Hətta bu günə qədərki, kostyum və smoking seçimləri arasında ən yaxşısı da demək olar. Bu kostyumun fit kəsimləri onun yaşına və tərzinə çox uyğundur. Lanvin marka klassik ağ köynəyi də çox keyfiyyətli və gözəldir. Qalstuk seçimi isə The Windsor Knot-dur. Bu fotolarda gömək mümkün olmasada, Baku jurnalındakı fotolarda saatını da görmək olur. Beləki, U-Boat marka,böyük korpuslu saat seçməsi biraz yanlışdır. U-Boat marka saatın daha çox denim stilə uyğun gəldiyini düşünürəm,onun əvəzinə daha sadə və klassik bir saat seçsə idi məsələn, Longines  VHP Perpetual Calendar əla olardı.Mənim fikrimcə bir digər kiçik yanlış isə kəmər taxmamasıdır.Düzü son dönəmdəki qırmızı xalça törənlərində də kəmər taxan məşhur kişiləri çox az görmək olur. Amma mən bu cür kostyumlarla,logosuz, sadə bir kəmərin taxılmasının vacib olduğunu və bunun daha gözəl göründüyünü düşünürəm.

Yeri gəlmişkən, Baku Jurnalının üzərində Emin Agalarovun Wonder albomunu da hədiyyə verirlər. Bütün track-lərə qulaq asdım. Hər zaman fərqli musiqilərə qulaq asan biri kimi,  albomdakı mahnıların hər birinin super olduğunu düşünürəm xüsusilə də, Just For One Night möhtəşəmdi. Fərqli səs tembiri və öz fərqli tərzi ilə mənim fikrimcə bizim cəmiyyətin ən uğurlu gənclərindəndir.Ugurlar!!!

Saturday, January 22, 2011

Villa Amanzi

Bu möhtəşəm villanın məkanı Tailand-dır.Andaman dənizinin sahilində yerləşən villa qayaların üzərində inşa olunmuşdur. Yaşıl və mavinin iç-içə olduğu təbiət möcüzəsinin ortasında yer alan tikili öz möhtəşəm konstruksiyası ilə də fərqlənir. Evin hər bir hissəsi təbiətin gözəl mənzərələrinə panaramalıdır. Təbii qayalardan divarlar, hovuzlar, dəniz mənzərəli full panaramalı yataq otaqları, sözün qısası, insan sağlamlığına xeyirli və positiv enerjilərlə zəngin bir atmosfer.







Mercedes-Benz SLK-Class 2012

Mercedes Benz SLK 2012 modelinin üçüncü nəsilinin rəsmi  təqdimatını etdi.Avtomobilin üst hissəsi  qara panaramik şüşə ilə rahatlıqla açılıb-bağlana bilir.Magic Sky Control funksiyası bir düymə ilə şüşənin şəffaflığını  dəyişmək imkanı verir.İlk baxışdan bu avtomobil SLS AMG-ni xatırlatsa da, iki avtomobil arasında çox böyük fərqlər var.

Avtomobilin interieri isə keyfiyyətli,zərif və idman üslubundadır.Salonda daha çox dəri materiallarından istifadə olunub.Mərkəzdə böyük touch screen ekran və analog saat yer alır.Yeni Airguide WindStop sistemidə avtomobilin üst hissəsi açıq olduqda kabindəki səs və hava axınını nəzarət etməyə imkan verir.
Bu avtomobil 3 yeni versiya ilə SLK200(184 at gücü), SLK250(204 at gücü) və SLK350(306 at gücü) mühərrikləri ilə təhciz olunmuş avtomobil 100 km-ə 6,1-7,1 litr həcmində yanacaq sərf edir.Avropa satış qiyməti 38,675 avrodur(Blue Efficiency SLK 350 isə 52,300 avrodur).

Tuesday, January 18, 2011

Golden Globe 2011 Red Carpet

2011-ci ilin Golden Globe(Qızıl Qlobus) qırmızı xalça törəni çox rəngli keçdi. Bir-birindən gözəl ziyafət geyimləri və qiymətli aksesuarlaın parıltısı yenədə show-nun ən diqqət çəkən hissəsi idi. Artıq günümüzdə bu cür önəmli yarışmaların mükafatvermə hissəsindən çox qırmızı xalça törəni maraq toplayır.Beləki, bu dəfə xanımların seçimləri arasında yaşıl,qızılı və çəhrayı tonları üstünlük təşkil edirdi.
Angelian Jolie-nin yaşıl Atelier Versace libası çox gözəldir amma özü çox solğun görsənir. Tourist filminin primeriyasında daha şən və gözəl görsənirdi. Brad Pitt-in də seçimi Versace-dir. Klassik geyimi ilə seçim etdiyi eynək isə çox uğursuzdur.Daha başqa bir eynək vəya heç geyinməsəydi daha yaxşı olardı.Catherine Zeta-Jones-un seçimi isə Monique Lhuillier-dir. Catherian-in ağ rəngli dərisinə bu tünd yaşıl geyim çox yaraşıb.Saç və makyajıda sadə və gözəldir.Ziynət əşyaları isə Van Cleef & Arpels-dəndir. Catherina-nın partneri Michael Douglas-un smoking seçimi isə Canali-dir.Mila Kunis-in drap Vera Wang geyimi və Elisabeth Moss-un Donna Karan geyimi də yaşıl və gözəldir.


Gecənin ən gözəl xanımı isə Natlaie Portman-dır.Hər zaman ən düzgün seçimləri ilə hər kəsi özünə heyran edən Natalie bu dəfədə gecənin ən gözəl geyimlərindən Viktor&Rolf marka zərif donu Tiffany & Co ziynət əşyaları ilə tamamlamışdır.Hugh Dancyi Burberry smokingdə çox yaraşıqlı görsənir,partneri Clarie Danesin Calvin Klein Collection libası isə  üzərinə tam oturmayıb.3-cü fotodakı Emma Stone-nin Calvin Klein Collection donu daha gözəldir və sanki üzərinə tikilib.Mark Wahlberg partneri Rhea Durham ilə gecəyə qatılmışdı.Xanımın Michael Kors libası çox gözəldir. Seal isə bir-birinə çox uyumsuz  smoking və ayaqqabılarla qatılmışdır, xanımı Heidi Klum isə bu dəfə məni təəccübləndirdi. Hər zaman çox uğurlu seçim edən Heidi, bu dəfə gözəl ama gecəyə çoxda uyğun olmadığını düşündüyüm Marc Jacobs libası ilə qatılıb.Ən sevdiyim aktrisalardan olan Julianne Moore bu dəfə Lanvin marka uğursuz bir satin geyim seçmişdir. Libasın ön hissəsinin qırışması pis bir görüntü yaratmışdır.


Qırmızı xalçanın geyimi ilə bir digər uğurlu xanımı Jenny Packman libası ilə Sandra Bullock-dur.İllər keçsədə gözəlliyindən bir şey əksilməyən "Queen" Helen Mİrren qızılı Badgley Mischka libasını Cartier ziynət əşyaları və Salvatore Ferragamo klarç(Clurtch) ilə tamamlayıb. Anne Hathaway-in Armani Prive strong shoulder libası da çox gözəldir.Ziynət əşyaları isə Van Cleef & Arpels -dir.Scarlett Johansson-un da Elie Saab donu və saçının quruluşu möhtəşəmdir.Megan Fox-un Armani Prive geyimini isə heç bəyənmədim. Hələ makyajının çox yanlış olduğunu düşünürəm.Michelle Williams-in Valentino donu nə çox gözəl nə də çox pisdir yəni normal desək kifayətdir.


Jennifer Lopez müğənnilər arasında ən düzgün və uğurlu geyinən xanımdır desəm yalan olmaz. Artıq bir neçə dəfədir J.Lo-nun qırmızı xalça seçimlərində ilk sıralarda möhtəşəm Zuhair Murad libasları gəlir. Bu dəfə də o dizaynerin ağ libasında çox gözəl görsənir.Leighton Meester-də qırmızı xalça törənin ən gözəl və sadə xanımları arasında idi.Xanım Burberry marka libasını Louis Vuitton çantası və Jimmy Choo ayaqqabıları ilə tamamlayıb.Milla Jovovich Armani Prive libası çox gözəl daşımağı bacarıb. Nicole Kidman Prada libasında çox sadədir. Christian Augliera isə tül Zuhair Murad libasında gözəl görsənir.Dianna Agron J. Mendel geyimində  feminin görüntü  yaratmağı bacarıb.

Jennifer Lawrence-nin Louis Vuitton libası  markanın klassik kəsimlərinə uyğun və gözəldir.Ziynət əşyaları Chopard, klarç Leiber ayaqqabıları isə Roger Vivier-dir.Julianne Hough  sadə və üst hissəsi işləməli  Marchesa donu seçmişdir. Marchesa-nın bu qədər sadə və gözəl geyimlərini nadir görmək olur, ümumiyyətlə marka daha qabarıq və fərqli geyimləri dizayn edir.Eva Longoria da qara, bel hissədən lentlə bağlı fərqli bir Zac Posen imzalı libas seçmişdir.Amy Adams da tünd göy rəngli Marchesa seçib.Bu rəngli geyimlər qırmızı xalçalarda ən uğurlu və uyğun seçimlər arasındadır.Ziynət əşyaları Cartier-dəndir.Julianna Margulies-in seçimi isə iki hissədən-üst hissəsi qara korset, alt hissəsi isə zərif çəhrayı satindir.Bu zərif geyim  sadə kəsimlərindən də anlaşıldığı kimi Yves Saint Laurent-dir.January Jones isə bu sezonun ən məşhur və iddialı geyimlərindən olan Atelier Versace imzalı qırmızı libası seçmişdir.
Xanımlar qədər diqqət çəkməsələrdə, bəylər də qırmızı xalça törnlərinə xüsusi bir zəhmətlə hazırlanırlar. Beləki, sırayla, Jake Gyllenhaal klassik Burberry smoking ilə əla görsənir.Robert Pattinsonun seçimi isə tünd göy rəngli tək düyməli Gucci smoking-dir.Zac Efron  Calvin Klein Colection-dan seçim etmişdir.Johnny Depp-in seçimi isə öz fərqli stilinə uyğunlaşdırdığı Ralph Lauren-dir.Qırmızı çərçivəli kəmər ilə fərqli bir kombinasiya edən Jesse Eisenberg-in seçimi  Dolce & Gabbana-dır. Bir digər fərqli seçimi isə tünd göy rəngli köynəyi ilə Jeremy Renner Prada imzalı smoking ilə etmişdir. Digər məşhur kişilərin seçimləri arasında  yenə də Tom Ford, Salvatore FerragamoDior Homme kimi bir neçə markalar da yer alır.

Monday, January 17, 2011

Ermenegildo Zegna Fall 2011 Collection

Ermenegildo Zegna 2011 qış sezonu üçün hər zamankı kimi, klassik kəsimlərin üstünlük təşkil etdiyi bir kolleksiya hazırlamışdır.Beləki, qəhvəyi və boz rənglərin üstünlük təşkil etdiyi kostyumlar iş üçün sadə rənglərdəki köynəklərlə tamamlandığı halda,kolleksiyadakı kimi parlaq və fərqli tonlardakı köynəklərlə də ziyafətlər üçün seçim etmək olar. Bu kostyumları svitir vəya poliverlərlə də gündəlik üçün rahat geyinmək olar.









Related Posts Plugin for WordPress, Blogger...