Thursday, April 21, 2011

2011-ci il Yaz-Yay Moda Trend-ləri

2011-ci il yaz-yay modası haqqında fikir bildirmək üçün saatlarca vaxt sərf etməyə ehtiyac yoxdur. Hələ, hər kəsin dediyi fərqli fikirlər insanın başını daha da qarışdırır. Nəticədə isə, heç bir məlumat sahibi olmuruq. Beləki, əgər sezonda hansı moda trendləri aktualdır bilmək istəyirsinizsə, ilk olaraq moda həftələrini, moda jurnallarını və sezonun başlaması ilə dünya ulduzlarının seçim etdiyi geyimləri incələyin. Qətiyən bizim məşhurların geyimlərini nümunə götürməyin çünki, bu sizə müsbət yox mənfi gətirər. Məsələn, dünya ulduzlarından ən çox  Alexa Chung, Kate Bosworth, Olivia PalermoBlake Lively-nin yaxın izləyiciləri olasanız, sezonun trendi ilə rahatlıqla tanış olacaqsınız.


Bütün bunları nəzərə alaraq yaz-yay aylarında nə dəbdə olacaq bir göz gəzdirək.

1. Neon və parlaq rənglərin kombinasiyası.


Məncə uzun zamandır modada ən cəsur rəng birləşmələri məhz bu sezona məxsusdur. Beləki, ilk baxışdan eyni geyimdə birləşməsi möcüzə kimi görünən rənglər bu sezon bir çox markanın kolleksiyasının əsasını təşkil edir. Bu günə qədər xanımlar bu cür parlaq yaşılı,mavini və sarını daha çox qara və ağ kimi rənglərlə uyğunlaşdıraraq riskdən uzaq olmağa çalışsalarda, bu sezon tam tərsi bir-biri ilə əlaqəsi olmayan rəngləri bir yerdə geyinmək çox dəbdədir. Bu trendi bu sezon Gucci, Jil Sander, Christopher Kane, Proenza Schouler, Prabal Gurung, Louis Vuitton, CelineMissoni kolleksiyalarında görmək mümkündür.

2. Ağ krujeva.


Krujevanı demək olarkı hər sezon bir çox kolleksiyalarda görmək mümkündür. Xüsusilə də, Dolce&Gabbana  kolleksiyalarını demək olarki bu zərif parçasız təssəvvür etmək olmaz. Markanın mini krujevalı donunun 3 Vogue qapağında olması da, təsadüf deyil. Lakin, hər sezon kolleksiyalarda daha çox qara krujevalara rast gəldiyimiz halda, bu sezon daha çox ağ rəngli geyimlər ön plandadır. Dolce&Gabbana-dan başqa Ralph LaurenErdem də bu parça növündən geniş istifadə edən dizaynerlər arasındadır.

3.Minimalist kəsimlər.


Sadə kəsimləri sevən və sadəliyin belə bir çox qarışıq geyimlərdən daha trendy olduğunu fikirləşən xanımlar üçün minimalizim bu sezon da çox dəbdədir. Lakin, bu sezon  minimalist geyimlərin daha parlaq və neon rənglərlədə olması vacib şərtdir. Məsələn, Jil Sander bu sadaladıqlarımız üçün ideal markadır.

4. Uçan ətəklər.


Önümüzdəki yaz-yay aylarında geyimlərin ətək uzunluğu daha çox ayaqla diz arasındadır. Lakin, maxi(uzun) ətəklər yenə də qarderobların əvəzolunmazlarından olacaq.Ətək ölçüsü nə olursa olsun, nazik şifondan hazırlanması onları çox zərif və havada uçuşan edir. Bu cür ətəklər daha çox Lanvin-in sevimli kəsimləri arasındadır. Bundan başqa Chloé, Yves Saint Laurent,Salvatore Ferragamo, Marc JacobsDonna Karan kolleksiyalarında da bu cür uçan ətəklərə rast gəlmək mümkündür.

5.Jumpsuit.


Keçən il olduğu kimi bu ildə jumsuit-lər çox dəbdədir. Əgər keçən il jumsuit almısınızsa qətiyyən onu atmayın və bu sezon da onu rahatlıqla geyinin. Xüsusilə də uzunboylu xanımlar üçün ideal geyim növü olan jumpsuit-lərə daha çox YSL, Etro, Diane von Furstenberg, Celine, Bottega VenetaGucci  kolleksiyalarında rast gəlmək olar. Bu geyim üslubunda isə qara rəngin hakimiyyəti açıq-aydın görünür.

6.Gül-çiçəkli yaz naxışıarı.


Təbiət gözəllikləri bu sezon öz al-əlvan gül-çiçək,meyvə və yaşıllıqları ilə hər yeri rəngləndirəcək. Yayın isti günlərində əhval-ruhiyyəmizi qaldıracaq bu geyimlər Stella McCartney,D&G, Dries Van Noten, Oscar de la Renta, Erdem, EtroCarolina Herrera kolleksiyalarının əsasını təşkil edir.

7. Zolaqlar.


Prada eninə zolaqlı kolleksiyası ilə sezonun ən uğurlu markaları arasına daxil oldu. Həm də, bu zolaqlar yalnız yubkada vəya bluzda yox, mümkündürsə başdan-ayağa olmalıdır. Təbii ki, canlı rənglər vacib şərtdir. Baxmayaraq ki, bu zolaqları yalnız Prada kolleksiyasında görmək mümkündür, demək olar,2011-ci il yaz-yay sezonunu onlarsız təssəvvür etmək olmur.

8. Ağ-qara.


Düzdür bu sezon açıq və canlı rənglər çox dəbdədir. Lakin, klassik rənglər olan ağ-qara bütün sezonlarda olduğu kimi bu sezonda da markaların gizli qəhramanlarındandır. Demək olar ki, bütün kolleksiyalarda ən az 2-3 ağ-qara rəngli geyimlərə rast gəlmək olar. Bu markaların ən başında YSL, Antonio Berardi, Azzaro, PreenVionnet gəlir.

9.Rockin Chic.


Hər nə qədər yaz-yay sezonuna uyğun gəlməsədə, dəri motorbike gödəkçələr bu sezonda da çox dəbdədir. Xüsusilə də metal detallarla bəzədilmiş gödəkçələr bu sezonun ən başlıca trendini təşkil edir. 2011-ci ilin ilk rockin chik kolleksiyalarını  isə BurberryBalmain təqdim etdi.

10.Sadə denim.


Jeans deyərkən ağıla ilk olaraq slim, bədənə kip oturan geyim növü gəlsədə, bu sezon jeans-lər tam tərsi düz, sadə kəsimləri ilə qarderoblara daxil olacaq. Yəni sevdiyimiz bədənə kip oturan cinslərdən çox geniş və rahat modellər dəbdə olacaq. Derek Lam və Celine-in yaz-yay 2011 kolleksiyalarında bu cür cinslərə çox rast gəlmək olar.Lakin, şəxsi fikrimcə bu cür minimalist cins üslubu heç də gənclərin ürəyincə olmayacaq.

2011-ci il yaz-yay sezonunun çanta,ayaqqabı və aksesuar kolleksiyalarındakı son trendləridə tezliklə sizinlə paylaşacam.

5 comments:

aida said...

super, moda haqqinda indiye qeder oz dilimizde oxudugum en gozel ve maraqli melumatlardan biridir.Siz hansisa moda jurnalinda calisirsiniz?

Kevin Rudolf said...

Xosh sozlere gore chox sagolun Aida x. Xeyir men hech bir moda jurnalinda chalishmiram. Amma belkede bir sheyler ola biler)))

Anonymous said...

bes qish modasi haqda, bu qish neyin debde oldugu haqda melumat vererdiniz zehmet olmasa, teshekkurler.

Anonymous said...

esasen de palto ve jacket-ler baresinde, chox sag olun

Kevin Rudolf said...

Bash uste))Tezlikle bu barede post etmeyi planlashdiriram))Izlemeye davam....

Related Posts Plugin for WordPress, Blogger...