Monday, April 18, 2011

Versace Home Collection

Lux geyim sektorundakı uğurlarını  dekorasiya və mebel sektoruna da daşıyan Versace, həqiqətən möhtəşəm işlər ortaya çıxardır. Armani,MissoniFendi kimi bir çox geyim firması mebel istehsal etsədə, mənim fikrimcə bunlar arasında ən uğurlusu Versace-dir. Həm klassik, həm də modern üslubu  Versace ənənəsi ilə zənginləşdirən marka yüksək keyfiyyətli materiallardan müxtəlif mebel dəstləri təqdim edir.





Marka xüsusi sifarişlərlə evləri dekorasiya da edir.Təbii ki, sifarişçinin seçimləri və fikirləri əsasında. Markanın adı belə keyfiyyət, rahatlıq və statusun hansı səviyyədə olduğunun sübutudur.



İndi isə Versace ev kolleksiyasında olan mebellərlə daha yaxından tanış olaq. Xüsusilə də yumşaq mebel dəstləri çox gözəldir. Hər üsluba uyğun müxtəlif zövqlərə xitab edən bu mebellər dünyanın ən zəngin insanlarının lux evlərini bəzəyir.



3 comments:

Konul said...

supeeeeerrr

Kevin Rudolf said...

ÇOX sagolun

Fatima said...

Zorduuuuuuuuuuuuu.

Related Posts Plugin for WordPress, Blogger...