Thursday, April 14, 2011

Audi Q3


Audi Şanxay Motor Show-sunda öz ən kiçik modeli olan Q3-ü təqdim etdi. Bu status çox yaxın zamanda Audi-nin yeni çıxardacağı Q1 modelinə veriləcək.Beləki, avtomobilin təqdimatı Frankfurt primyerasında olunması planlaşdırılsa da,  iyul ayından etibarən dillerlərdə satışa çıxarılacaq.



Sinif olaraq Volkswagen Tiguan ilə müqayisə olunan Q3 bir az daha geniş və aşağı olan platformaya sahibdir. Arxa qapılarının ölçüsündəki nəzərə çarpan maili dəyişikliklər avtomobilə daha sportiv görüntü bəxş edib. Hündürlüyü Q5-dən 20 cm az olan Q3, bazarda BMW X1 ilə daha çox müqayisə olunur.




Q3-ün salonu da daha çox idman detalları ilə zənginləşdirilib. Beləki, rahat idman üslubundakı oturacaqlar,panaramik dam və daxili işıqlandırma avtomobilin yüksək standartlardakı komfortunu təqdim edir. Bu yay satışa çıxarılacaq avtomobilin Almaniyadakı ilkin qiyməti 29,900 avro-dan başlaması planlaşdırılır.


No comments:

Related Posts Plugin for WordPress, Blogger...