Saturday, April 23, 2011

Britaniyanın Ən Bahalı Evi

Hyde Park
Ukraniyanın ən varlı iş adamı sayılan Rinat Akhmetov (Ринат Ахметов), Britaniyanın ən bahalı evinə sahib olmaq üçün $213 million pul xərclədi. Binanın 2 mərtəbəsini alaraq birləşdirən biznesmen tamamı 2323 kvadrat metir olan möhtəşəm Hyde Park panaramalı evinin təmiri üçün $93,6 million pul ayırıb. Mənzil yüksək istirahət üçün kinoteatr, hovuz, sauna və bar kimi xüsusi otaqlara da malikdir.


Bir digər maraqlı fakt isə, cəmi 30 mənzildən ibarət olan bu binada bir yataq otağının qiyməti təxmini $10 million kimi qiymətləndirilir. Bir mənzildə də bir neçə yataq otağı olduğu üçün, qiymətlərin niyə belə bahalı olduğu aydın olur. Təbii ki, bütün bu qiymətlər heç də evin bahalı dizaynı vəya mebelinə görə deyil, məhz binanın yerləşdiyi İngiltərənin ən pristijli məkanlarından biri olan Hyde Parka görədir.


Xatırladım ki, bu gənc iş adamı(Akhmetov) Ukraniyanın böyük kömür və polad mədənlərinin sahibidir və $10 milliardlıq sərvətə malikdir.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...