Saturday, September 10, 2011

Mehriban Aliyeva's Sergio Rossi Shoes and Chanel Bag


Daha əvvəl də dediyim kimi, hər zaman son moda trendlərini yaxından izləyən, gördüyü möhtəşəm işlər qədər zərif geyim və aksesuar seçimləri ilə də diqqət çəkən Mehriban Əliyeva bu sahədə də Azərbaycan xanımlarının öncüsüdür. Hər zaman formda və baxımlı görməyə alışdığımız Mehriban xanım bu dəfə də seçimləri ilə incə zövqünü nümayiş etdirir.Beləki, gördüyünüz bu fotolar müxtəlif vaxtlara aid olsa da,hər ikisinin ortaq nöqtəsi möhtəşəm Sergio Rossi platformalardır.Birinci fotoda bu dəbli ayaqqabıları xanım violet rəngli ətəyi və Chanel olduğunu təxmin etdiyim pencək ilə geyinsə də, ikinci fotoda tünd göy rəngli minimalist kəsimləri olan və böyük ehtimalla Calvin Klein Collection-dan(Fashion Show-dan olmadığı üçün 100% deyə bilmirəm amma markanın klassik kəsimlərinə çox bəzəndiyi üçün və Kerry Washington-un seçim etdiyi bənzər Calvin Klein Collection donu da nəzərə alaraq deyirəm) olan bir don ilə geyinib.Sergio Rossi ayaqqabılar ilə eyni rəngdəki Chanel çantası isə uğurlu seçimdir. Çox təəssüf ki, Crocus Group tərəfindən bir müddətdir Bakıda fəaliyyət göstərən Sergio RossiCasadei butikləri bağlandı. Ümid edirəm tezliklə yenidən bu Italyan markaları şəhərimizdə görə biləcik.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.


4 comments:

leyla said...

Chox gozel xanimdir ve secimlerinide chox beyenirem. Bu secimleri ile bizi tanish etdiyiniz uchun size minetdaram.ugurlar

Kevin Rudolf said...

Chox Sagolun))

Anonymous said...

Cox gozel xanimdir.

Kevin Rudolf said...

heqiqeten chox gozel xanimdir.

Related Posts Plugin for WordPress, Blogger...