Thursday, May 5, 2011

Met Gala-ya Nə Geyinməli?

Alexander McQueen-in xatirəsinə həsr olunmuş builki Met Gala-da, məşhurların seçim etdikləri geyimlərin uğurlu olub-olmadığı barədə fikirlərimi, artıq sizinlə bölüşdüm.(burdan baxa bilərsiniz) Gecədə möhtəşəm donlar geyinmiş ulduzlara bir sözüm yoxdur, lakin Naomi Campbell, Eva Mendes, Jennifer Lopez Beyonce kimi uğursuz seçimlər etmiş xanımlara, nə geyinməyi məsləhət görərdim, bir göz gəzdirək. 



1.Gecənin əsas mahiyyətini nəzərə alaraq, seçimlərimi ona görə uyğunlaşdırdım. Məsələn bu,  Alexander McQueen don, həqiqətən bizim istədiyimiz görünüş üçün, ən vacib şərtdir. Zərif şifon parçadan hazırlanmış geyimin, qırmızı-qara rəng kombinasiyası çox möhtəşəmdir. Qiyməti isə, $7920-dır.
2.Geyimi gümüşü rəngli aksesuarlarla tamamlasaq, uğurlu, lakin soyuq  seçim olar. Biz isə bu geyimi qızılı rəngli klarç  ilə, daha da cəlbedici edək. Gördüyünüz metal klarç,  McQueen-in son kollaeksiyasındakı şah əsərlərdən biridir.Qiyməti $3265-dır.
3.Ayaqqabı, ən vacib və çətin olan seçimlərdən biridir.Bizim geyim və klarçla uyğun olduğunu düşündüyüm bu Christian Louboutin platformalar, hal-hazırda $820-a satışdadır.Xanımların qarderobunda olmalı, ən vacib parçalardan biridir.
4.Ziynət əşyası olaraq ya boyunbağı, ya da sırğanı seçsək daha məqsədə uyğun olar. Çünki, hər ikisindən istifadə etmək, geyimi boğmaqla bərabər, gülünc  bir görüntü ortaya çıxaracaq. Sanki, reklam edirmiş kimi, nə tapsa geyinən(ziynət əşyası) xanımların, buna daha diqqət etməsini məsləhət görərdim.Bizim seçimimiz böyük ölçülü Kimberly McDonald sırğalardır. Qiyməti isə $9855-dır. Lucifer Vir Honestus zərgərlik evindən  $14300-lıq qızıl üzüklə isə, ən göstərişli qismi də tamamlayaq.
5.Dodaq boyası Chanel($42), parfum Marc Jacobs "Daisy PoP Art"($88).

Ümumiyyətlə, qırmızı xalça törənləri üçün, xanımlar nə geyinsə daha uğurlu və fərqli olar?Əminəm yaratdığım kombinasiya ilə, bu suala cavab tapa bildiniz.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...