Sunday, May 15, 2011

Azerbaijan to host Eurovision 2012


Yəqinki, Azərbaycanın Eurovision 2011-in qalibi olduğunu deməyə ehtiyac yoxdur. 2 gündür bütün Azərbaycan bu qələbənin sevincini yaşayır. İlk öncə, yarışmanın baş qəhramanları olan Eldar və Nigarı, daha sonra isə bu işdə əməyi olan və bu sevinci bizə yaşadan hər kəsi təbrik edirəm.

 Beləki, gələn ilin may ayında, bütün dünyanın diqqəti, möhtəşəm Bakımıza yönələcək. Hətta indidən insanların böyük bir maraqla ölkəmiz haqqında məlumat topladığını, facebook və formlardan görmək olar. Buda ölkəmizin tanıtımı üçün ideal şansdır. Az-çox məni tanıyanlar Bakını nə qədər çox sevdiyimi bilir. Həm tarixi, həm də modern gözəlliyə malik olan şəhərimizi, bu il ərzində,  millionlarla insanın daha yaxından tanıması  fikri isə, məni çox həyəcanlandırır.
Təbriklər!!!

No comments:

Related Posts Plugin for WordPress, Blogger...