Tuesday, May 24, 2011

Cannes Film Festival 2011

Nəhayət, "Cannes Film Festival"-ı sona çatdı. 10-gündür davam edən bu möhtəşəm festivalda bir çox filmlərin təqdimatı, yardım kompaniyaları və açılış kokteylləri keçirildi. Bu tədbirlərin qonaqları isə əlbəttəki, dünya ulduzları idi. Təbii ki, bu bir neçə gündə bütün modasevərlərin diqqəti məhz bu festivala yönəlmişdir. Kimin nə geyindiyinə, yaraşıb-yaraşmadığına və çatışmayan cəhətlərinə, birdə biz göz gəzdirək.


1. Başlayaq tədbirin baş qonağından, Angelina Jolie qırmızı xalça üçün sevimli dizayneri Atelier Versace-dən parlaq-qəhvəyi, straplez bir don seçmişdir. Beləki, geyimin solğunc rəngi bu sezona uyğun deyil. Ümumiyyətlə, Angelina bütün tədbir boyu, bu cür maraqsız seçimlər etmişdi.
2. Cheryl Cole-un V-yaxalı ağ cəsur geyimi möhtəşəmdir. Geyim Paris moda həftəsində təqdim olunan kutur dizayner Stephen Roland imzası daşıyır. Heç şübhəsiz, tədbirin ən gözəl görünən xanımlarından biridir.
3. Diane Kruger klassik Calvin Klein Collection kəsimləri olan sadə və zərif bir seçim etmişdir. Geyim xanımın üzərində həqiqətən çox gözəl durur.
4.Fan Bing Bing-in Elie Saab imzalı geyimi çox romantikdir. Zərif fransız üsulu saçları, makyajı və ziynət əşyaları ilə birlikdə qüsursuz görüntü yaradan aktrisa nağıllarda təsvir olunan pərilərə bənziyir.
5-6.Gwen Stefani-ni iki müxtəlif geyimdə görmək mümkündür. Öz dizaynı olan L.A.M.B donda  çox gözəl görsənəsə də, bir digər seçimi olan ağ Armani Privé donun kəsimlərini heç bəyənmədim. Makyajı da çox ağır olduğu üçün, göz yorucudur.
7. Tilda Swinton qırmızı xalçanın hər zaman fərqli görsənən xanımlarındandır.Daha çox Jil SanderHaider Ackermann kimi sadə və fərqli kəsimləri olan dizaynerlərdən geyinməyi sevən xanım, bu dəfə də Haider Ackermann imzalı donda çox gözəl görsənirdi. Onu hər zaman qeyri-adi və özünəməxsus tərzdə görməyə artıq alışdıq.
8.Bir digər Haider Ackermann geyinən xanım isə Janet Jackson-dur.Bu marknı daha çox Tilda-ya yaraşdırsam da, Janet-in görüntüsünə də pis demək olmaz.



9-10.Victoria's Secrets-in ən sexy modellərindən biri olan Doutzen Kroez də qonaqlar arasında idi. Gözəlliyi və qüsursuz bədən quruluşu ilə, nə geyinsə özünə yaraşdıran bu xanım, bir-birinin ardınca iki sadə geyimdə görsəndi. Ağ uzun libas Emilio Pucci-dir.
11. Freida Pinto-nun seçim etdiyi parlaq Lanvin don sadəcə gözəldir. Əlavə birşey deməyə məncə ehtiyac yoxdur.
12.Zoe Salandra isə sezonun trendi olan eninə zolaqlı Armani Privé geyinmişdir.Geyimin volume-lu ətək qismi çox fərqlidir.
13-14.Məşhur aktrisa Kristen Dunst-ı tədbir boyunca bir-birindən gözəl geyimlərdə görmək mümkün idi.Məsələn, bu Chanel don xanıma həqiqətən çox gözəl yaraşıb. Bu cür zövqlü xanımdan gözləmədiyim bir seçim isə, geyimin rəngi ilə yaxından-uzaqdan əlaqəsi olmayan qara ayaqqabılarıdır. Digər geyimi də bənzər rənglərdəki Chanel-dir. Lakin, bu dəfə xanım eyni səhvi etmədən, çox daha gözəl bir görüntü nümayiş etdirir.
15. Bəlkə də, bu günə qədər ilk dəfədir ki, Sarah Jessica Parker-in uğursuz seçim etdiyini görürəm. Ağ Dolce&Gabbana don çox adi və maraqsızdır. Üstəlik,qalın kəməri və boynundakı 3-4 qatlı mirvari sepi də, ümumi görüntünü daha da bərbad edib. Ümid edirəm sevimli aktrisam SJP ən qısa zamanda bu görüntünü yadaşlardan siləcək, gözəl seçimlər edər.
16.Rachel McAdams-ın qısa ağ donu Maxime Simoens Couture kolleksiyasındandır.Çiyin və bel hissəsindəki zərif güllər geyimi fərqli və gözəl edib.



17.Alexa Chung-ın minimalist kəsimli ağ Chanel donunu qırmızı xalçaya heç yaraşdırmadım.
18.Bir digər uğursuz seçimi isə  Courtney Love etmişdi. Beləki, Givenchy kutur kolleksiyasından olan sənət əsəri don xanımın üzərinə çox böyükdür.
19.Karolina Kurkova-nın seçimi də Chanel-dir. Model qaşlar və mirvarilərlə bəzədilmiş bu möhtəşəm geyimdə həqiqətən çox gözəl görsənir.
20.Sezonun ən diqqət çəkən modellərindən biri olan Julia Saner, Emilio Pucci libası ilə göz qamaşdırırdı.
21.Milla Jovovich də ən cəsur geyinən xanımlar arasında idi. Beləki,xanım bu  Atelier Versace libasda çox sexy görsənir.
22.Naomi Campbell son zamanlarda deyəsən zövqünü itirib. Met qaladakı Alexander McQueen donunun bənzəri olan bu Givenchy don da, çox möhtəşəm, lakin xanımın ağ dərisinə uyğun olmayandır. Kimisə bu xanımın ağ rəng geyinməsinə əngəl olmalıdır.
23.Tədbirin hədiyyə poketinə bənzəyən xanımı isə Penelope Cruz idi.Hər tərəfdən tüllərlə bəzədilmiş bu Marchesa geyim çox uğursuzdur.
24. Salma Hayek əlbəttəki, ərinin sahib olduğu Gucci Group-a daxil olan markaların birindən seçim edəcəkdi. Elə seçimi də, Gucci Premiere oldu. Geyimi, aksesuarları, saçı və makiyajı ilə mükəmməl bir görüntü nümayiş etdirir.


Festival davam etdiyi müddətdə, dünya ulduzlarını bir neçə dəfə qırmızı xalçada görmək mümkün idi. Beləki, biri-birindən gözəl geyimləri, xanımlar ən qiymətli ziynət əşyaları və aksesuarlarla tamamlamışdı. Chopard, CartierBulgari kimi markalardan seçilmiş möhtəşəm ziynət əşyaları insanın gözlərini qamaşdırıdı. Lakin heç şübhəsiz bütün Cannes festivalı müddətində ən diqqət çəkən ziynət əşyasını məhz Bianca Balti taxmışdır. Bu möhtəşəm zümrüdlər de Grisogono zərgərlik evinin əl işidir. Əminəm bu dəstə sahib olmaq, hər xanımın arzusudur.



Tədbirin bir digər yadda qalan seçimi isə, məşhur model Anja Rubik-in göy Emilio Pucci libasla geyindiyi Giuseppe Zanotti ayaqqabılardır. Beləki, məşhur zərgərlik evi Chopard ilə ortaq hazırlanmış ayaqqabının üzərində 360 karatlıq daş-qaş var. Qiyməti isə $200,000-dır(125,000 pound).

No comments:

Related Posts Plugin for WordPress, Blogger...