1.İlin Qadın və Kişi Geyim Markaları
Beləki, 2011-ci ildə moda dünyasının ən sevilən qadın markaları Emilio Pucci və Dolce&Gabbana oldu. Qırmızı xalçalar, açılışlar, kokteyllər və jurnallarda ən çox bu iki markanın geyimlərinə rast gəlmək olardı. Hətta Dolce&Gabbana-nın ulduzlu kolleksiyasından bezmək nöqtəsinə çatmışdıq(burdan baxa bilərsiniz).
Emilio Pucci and Dolce&Gabbana |
Kutur geyimlərə gəldikdə isə,keçən il Elia Saab-ın möhtəşəm donları xanımların ən sevdiyi qırmızı xalça və ziyafət geyimləri markası idi.
Elie Saab |
Givenchy |
Keçən il Charlotte Olympia, Christian Louboutin və Brian Atwood ən çox seçilən qadın ayaqqabı markaları idi. Mənim ən bəyəndiyim isə Charlotte Olympia oldu. Klassik kişi ayaqqabılarına gəldikdə isə Prada fərqli modelləri ilə, John Loob isə yüksək keyfiyətli dəridən hazırlanan sadə modelləri ilə kişilərin qarderobuna daxil oldu. Krasovkalarda isə Lanvin heç şübhəsiz ən sevilən marka oldu.
Add caption |
Artıq 2 ildir ki, mənim yaddaşımda qalan ən əsas görüntü məhz Keira Knightely-nin seçimləri olur. 2010-cu ildə seçim etdiyi Chanel donu, keçən il isə möhtəşəm Valentino seçimi hələ uzun müddət yadaşlardan silinməyəcək.
Keira Knigtely in Valentino |
Keçən ilin 2-ci ən bəyəndiyim seçimi isə Natasha Poly-nin möhtəşəm Gucci libası idi.
Natasha Poly in Gucci |
3. İlin Qırmızı Xalça Ulduzu
Keçən il heç şübhəsiz qırmızı xalçaların ən fərqlənən ulduzu Rosie Huntington Whitley oldu. Transformers filminin primeriyalarında seçim etdiyi biri-birindən gözəl seçimləri onu keçən ilin qırmzı xalça ulduzu etdi.
Rosie Huntington Whitley in Naeem Khan |
Rosie in Burberry |
4.İlin Toyu.
Bu il dünyada ən yadda qalan toy əlbəttə ki, Prince William və Kate Middleton-un toyu oldu. Xanımın geyindiyi möhtəşəm Alexander Mcqueen gəlinlik isə tarixə qızıl hərflərlə yazıldı. Bizim cəmiyyət həyatında da bir çox toya şahid olduq. Lakin, bunlar arasında ən yadda qalanı Arzu Əliyeva-nın toyu oldu. Son dərəcə sadə və səsiz şəkildə ailə quran xanımın toyu mənim kimi bir çoxlarına maraqlı olsa da, toydan heç bir fotonu görə bilmədik.
Prince William and Kate Middleton |
Arzu and Samed |
5.İlin Açılışı.
Keçən il Azərbaycanda bir çox açılışlar oldu. Yeni otellər, butiklər və restoranlar. Bunlardan ən diqqət çəkənləri Hilton otelinin və yeni Emporium butikinin açılışı oldu.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun
Hilton Baku |
Emporium Baku |
2 comments:
cox maragli xeberdi. yazilariniz ucun darixmishdim. xais edirem davam edin.)
Chox sagolun Aygun xanim, vaxtim chox azdu amma elimden geldiyi qeder yazmaga chalishacam)
Post a Comment