Sunday, August 26, 2012

Must Have Boglioli Blazers Fall 2012

Payız aylarında tam formal olmayan, həm cins, həm də klassik şalvarlarla rahatlıqla geyinə biləcəyim pencək almaq qərarına gəldim. Lakin, qərara gəlmək işin ən asan qismidir. Dünyanın ən böyük markalarının kolleksiyalarını axtarıb-araşdırsam da, istədiyim modeli çox çətinliklə tapa bildim. Lanvin yox, Givenchy yox, Burberry yox, Gucci  o da yox.............. Boglioli aha... Boglioli-də 100% istədiyim bir modeli taparam. Elə tapdım da, amma bəyəndiyim bir yox, markanın onlarla modeli oldu. Bu dəfə də hansını seçəcəyimə qərar vermək problemi ortaya çıxdı. Çünki, pencəklərin hamsı biri-birindən gözəldir, ən əsası isə funkisonaldır. İstənilən şalvar modeli ilə rahatlıqla uyğunlaşdırmaq mümkündür. Yüksək keyfiyyətli materiallardan hazırlanmış müxtəlif rəng və kəsimləri olan bu pencəklər dəblə geyinməyi sevən hər kişinin qarderobunda mütləq olmalıdır. Qiymətlərə gəldikdə isə yuxarıda adlarını saydığım markaların pencəklərindən daha keyfiyətli olmasına baxmayaraq daha ucuzdur. Ortalama 575-995 pound(təxmini 720-1250 AZN) arasındadır.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun









1 comment:

Unknown said...

nice :)
http://infobisnisonline-telecommutergroup.blogspot.com

Related Posts Plugin for WordPress, Blogger...