Wednesday, June 8, 2011

Audi R8 GT Spyder

Məhdud sayda istehsalı planlaşdırılan yeni Audi R8 GT Spyder sentiyabr ayında Frankfurt Auto Show-da görücüyə çıxarılacaq.Sadəcə 333 ədəd istehsal olunacaq bu möhtəşəm avtomobilə sahib olmaq üçün artıq qeydiyat başlanıb və sifarişlər qəbul edilir.


1640kg çəkisi olan avtomobil 0-100 km/saat sürəti yığmaq üçün 3,8 saniyə vaxt sərf edir.5,2 litr həcimli V10 silindirli avtomobil 560 at gücünə malik mühərriklə təhciz olunub.


Avtomobilin salonunda Danimarkanın lux texnologiya istehsalçısı olan Bang&Olufsen marka peyk naviqasiya və stereo sistemi quraşdırılmışdır. R8 GT logosu ilə bəzədilmiş oturacaqlar, yüksək keyfiyyətli Fine Nappa dəridən hazırlanmışdır. Xüsusilə də, seçilmiş olan exclusiv mavi rəng bu dinamik avtomobilə həm fərqli, həm də daha idman görünüşü qazandırıb.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...