Tuesday, February 1, 2011

17th annual Screen Actors Guild Awards

Dünən daha bir mükafatvermə,17-ci  Screen Actors Guild  keçirildi.Mükafatvermədə böyük bir sürpriz olmadı, gözləndiyi kimi ən yaxşı qadın oyunçu yenə də "Black Swan"-dakı uğurlu rolu ilə Natalia Portman, ən yaxşı kişi oyunçu isə Colin Firth "The King's Speech" filmindəki rolu ilə aldı. Yaxşı ki,  "Qırmızı Xalça" törəni var deyəcəm amma oda çox rəngli keçmədi bu dəfə.Yenə də bir göz gəzdirək.

Beləki, hamilə olmasına baxmayaraq tədbirin ən gözəl xanımı, "Qırmızı Xalça" törənlərinin ən uğurlu geyinən xanımlarından olan Natalie Portman idi. Bu dəfə o Azzaro marka ağ libasını Tiffany & Co. ziynət əşyaları və Roger Vivier klarçla tamamlamışdır. Bir digər möhtəşəm geyim Nicole Kidman-ın Nina Ricci markasından seçdiyi qara, arxa hissəsi zərif tüldən hazırlanmış libasıdır. Hillary Swank-ın seçimi isə Versace-dir.Açıq çəhrayı tonlardakı və qızılı işləməli libas Hillary-ə çox yaraşıb. Ən sevdiyim rəngli geyimi isə Cara Buono seçmişdir. Geyim J.Mendel imzası daşıyır. Eyni tonlardakı J.Mendel-in başqa bir geyimini daha əvvəldə sizinlə paylaşdığım kimi Aysel Trudel seçmişdir.Qırmızı xalçaya ən çox yaraşdırdığım rəngdir.Klarç seçimi isə Leiber-dəndir. Amy Adams da gecənin ən gözəl geyinən xanımlarından idi. Beləki, o törənə Hervé L. Leroux daha çox Herve Leger kimi tanıdığımız libas ilə qatılmışdır. Geyimin  Herve Leger olduğu  bədəni kip saran, hər zamnankı kəsimlərindən asanlıqla anlaşılır.


Qırmızı xalçanın yaşına ən uyğun geyinən xanımı isə Prada imzalı geyimi ilə Hailee Steinfeld-dir.
Sadə gözəlliyi ilə gecənin ən gənc və gözəl xanımlarından biri idi. Dianna Agron isə zərif tüldən tünd göy rəngli Chanel Haute Couture libası seçmişdir. Ayaqqabı və klarç seçimi isə satin Salvatore Ferreagamo-dur. J. Mendel-in daha bir gözəl libasını isə Rosario Dawson seçmişdir. Açıq sarı rəngli sadə geyimi ilə Rosario Dawson da Salvatore Ferragamo ayaqqabı və klarça üstünlük verib. Daha bir gənc xanım Mila Kunis də möhtəşəm bir Alexander McQueen seçmişdir. Qırmızı rəngin mistik havası adamı valeh edir. Bu geyimin bənzərini isə bu yaxınlarda Michelle Obama Ağ evdə Çin prezidenti Hu Jintao-nun şərəfinə verilən yeməkdə geyinmişdir. Mila-nın ziynət əşyaları isə Cartier-dəndir.

Kişi aktyorların seçimlərinə gəldikdə isə klassik qara və tünd göy  iki düyməli smoking-lər daha çox yer alırdı.Köynək seçimləri arasında isə ağ və qara köynəklər üstünlük təşkil edir.Jeremy Renner Dolce & Gabbana smokingində çox yaraşıqlı görsənir. Matthew Morrison isə Prada smokingini qara köynəklə tamamlayıb. Qara köynək seçməsi və qalstukdan istifadə etməməsi fərqli və cool görsənir. Burberry marka göy smokingi Andrew Garfield-i gənc və xarizmatik göstərir.Tam klassik kəsimləri isə James Franco-nun Gucci-sində görmək mümkündür. Smoking deyərkən ağıla gələcək ilk model məhz bu tip smokinglərdir.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...