Tuesday, November 9, 2010

New BMW 6 Series 2011


Bir çoxları  BMW 6-Seriyanın istehsalının dayanacağını düşünürdü. Bunun da əsas səbəbi bir əvvəlki modelin satışlarından BMW-nin çox da razı qalmaması idi. Lakin, BMW yeni 6-cı seriyanı  tam yenilənmiş dizaynda Paris Autoshow-da təqdim etdi. 


İlk baxışdan dinamik idman görünüşü ilə adamın diqqətini çəkən, bu avtomobil salonundakı qiymətli dəri və ağac işləmələri ilə də sahiblərini lux komfortla təmin edir.Beləki, dizaynındakı tam yeni konsepsiyası ilə heç şübhəsiz BMW 6 idman avtomobilləri arasında öz layiqli yerini tutacaq.




Yeni istehsal dönəmindən avtomobilin 2 qapılı model ilə yanaşı 4 qapılı modelini də təqdim edən BMW  əvvəlki modelə görə daha uzun və geniş olacaq.2011 model olan bu avtomobil əsasən V6 və V8 silindir olaraq təqdim olunur. Beləki, V8 silindirli 4,4 litir həcimli mühərrikə sahib olan 650i modeli, 408 at gücünə malikdir. Bundan başqa avtomobilin M6 modelini də təqdim edən BMW, bu modeli 5 litr həcimli V10 silindirli 507 at gücünə malik mühərriklə təciz edilmişir.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...