Saturday, October 9, 2010

Burberry Front Row

Burberry-nin bütün əvvəlki kolleksiyaları kimi bu kolleksiyasını da izləməyə gələn məşhurların sayı-hesabı yox idi. Qonaqlar markanın son kollekiyalarından seçim etmişdi.
Bu mənim ən sevdiyim şəkildi.
SJP -ə baxın))

Beləki gecənin baş qonaqlarından olan Sarah Jessica Parker Burberry marka donunu, elə markanın öz dəri gödəkçəsi  və Alexander McQueen çantası ilə tamamlayıb. Show-dan əvvəl ondan niyə məhz Burberry sualını verən jurnalistə cavab olaraq üzərindəki gödəkçəni göstərib deyir "bax buna görə mən burdayam ".


Məşhur tennisçi Serena Williams Burberry kolleksiyasından qızılı çalarlı donu seçsə də xanımın bədən quruluşu bu libasa uyğun deyil.


Məncə qonaqlar arasında ən gözəl görsənən Donna Air idi. Öz əla bədən quruluşunu markanın füsünkar donu, military paltosu və sumkası ilə bəzəmişdi.


Gecənin daha bir əla görünüşlü xanımı isə son dönəmin moda ikonu olan Alexa Chung-dır. Artıq bu xanım, Burberry show-larının əvəz olunmaz izləyicisinə çevrilib.

Daha bir çox məşhur Burberry-nin son kolleksiyasına üstünlük vermişdir.



SJP, Christopher Bailey
Alexa Chung,Christopher Bailey

P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

2 comments:

Leman said...

Bu post kecen ilinki olsa bele, men onu ancaq indi oxudum kohne postlari gozden kecirerken.Fikirleriniz oxumaq cox maraqlidir. Sadece orada kicichik bir sehv etmisiniz -Anna Wintour Vogue UK-in yox, USA-in bas redaktorudur. Good luck!:)

Kevin Rudolf said...

Tamamile raziyam)) bu sehvi nece etmishem bilmirem))chox sagolki diqqetle oxuyub bunu duzeldin))

Related Posts Plugin for WordPress, Blogger...