Sunday, May 10, 2015

SPD - Scuola Politecnica di Design

In English :

Design plays a major role in our daily life, whether we pay more attention to it or not. With our preferences, we wear clothes, drive cars, purchase consumable products, read newspapers and magazines or websites, go to the restaurants and bars, and live in houses - all designed by some companies, creative people or designers. Of course better design is more money. That is the main reason why companies consider the design of the product as much important as the product itself, if not more.

Azərbaycan Dilində :

Dizayn həyatımızın hər tərəfində yer alır, buna daha çox diqqət yetirsəkdə-yetirməsəkdə. Seçimlərimizə görə fərqli geyimlər geyinir, maşınlar sürür, məhsullar istehlak edir, qəzetlər, jurnallar və websaytlar oxuyur, restoran və barlara gedirik, və evlərdə yaşayırıq- bütün bunlar müxtəlif şirkətlər, kreativ insanlar və dizaynerlər tərəfindən dizayn olunur. Əlbəttə ki, daha yaxşı dizayn daha çox pul deməkdir. Elə bu da şirkətlərin nə üçün məhsul dizaynına bu qədər əhəmiyyət verdiklərinin əsas səbəbidir. 



We all know that Milan is not just the city of fashion, but it also has all other aspects of design that play a paramount role in different sectors. When I was in Milan, I had a chance to visit Scuola Politecnica di Design (SPD)- one of the very first postgraduate schools of design disciplines in Italy, founded in 1954 by Nino Di Salvatore. What I believe is, first impression is very important for whether to encounter someone or something seriously or not. And when I see the new building of the SPD I was like "WOW" this is magnificent. I can easily say that one of the most beautiful and modern education center I have ever seen and been. It is literally like some sort of modern art museum or something. Very Impressive!!!

Hər birimizin bildiyi kimi, Milan sadəcə moda şəhəri yox o həm də dizaynın bütün sahələri ilə dünyada ən vacib rollardan birini oynayır. Milanda olduğum zaman, Italiyanın ilk dizayn sahələri üzrə yaradılmış məktəbinə - Scuola Politecnica di Design (SPD) baş çəkmək imkanım oldu. Əsası 1954-cü ildə Nino Di Salvatore tərədindən qoyulan bu məktəbin yeni binası məni ilk görüşdən öz möhtəşəmliyi ilə valeh etdi. Beləliklə, SPD haqqında ilk təəssüratım sadəcə "WOW" oldu :) Rahatlıqla, bu günə qədər gördüyüm ən gözəl və modern təhsil mərkəzlərindən biri olduğunu deyə bilərəm, hətta ən gözəlidi də demək olar. 




This specialist design school is the house of the a lot of young talent from all over the world where they exchange their ideas and build projects collaboratively with the key companies of the industry. Students from more than 50 countries came here to study different areas of the design, from industrial to interior, from web to digital, and from food to car design. The difference between SPD and other famous Italian universities such as Bocconi is that, in its 60 years SPD gave an education with the true taste sensibility of design and completely focused onto the area. The school has a very strong relationship with the key figures of the market, for example with the Volkswagen group. The students of the SPD collaborate with the company to design car prototypes for Volkswagen, Bentley, Audi and Lamborghini. Also, many companies like Adidas, Pepsi, Bugatti and Nivea always get in touch with SPD to grab their young talents. 

Dizayn sahələri üzrə ixtisaslaşmış bu məktəb, bir çox gənc talantların yetişdiyi, öz fikirlərini bölüşdüyü və çox önəmli şirkətlər ilə birgə proyektlər hazırladığı bir təhsil ocağıdır. 50-dən çox ölkədən buraya dizaynın müxtəlif növlərini, sənayedən interyerə, webdən dijitala və yemək məhsullarından avtomobil dizaynına kimi müxtəlif sahələri dərindən öyrənmək üçün gəlirlər. SPD və digər məşhur İtalyan universitetləri məsələn Bocconi arasındakı əsas fərq ondadır ki, SPD öz 60 ilini yalnız dizayn sektorunun ən incə həssaslığı ilə öyrədilməsinə və bu sahənin dərindən araşdırılmasına həsr edib. Bundan başqa SPD-nin, bazarın ən vacib fiqurları ilə də çox yaxın əlaqələri var, məsələn Volkswagen qrup ilə. Beləki, SPD-nin tələbələri şirkət ilə yaxın əməkdaşlıq edərək, Volkswagen, Bentley, Audi və Lamborghini kimi brendlər üçün avtomobil prototipləri hazırlayırlar. Eləcə də, Adidas, Pepsi, Bugatti və Nivea kimi şirkətlər SPD ilə daim əlaqədə olaraq gənc talantları öz kompaniyalarına cəlb edirlər. 







I was lucky enough to meet with the owner and the director of the SPD, Dr. Antonello Fusetti to have a quick chat about the school and his views on design sector in general. I was interested in to know how he decided to jump in this sector with the economic background. Dr. Fusetti said that to purchase this school from the founder(who was the friend of his friend, and wanted to sell the school), was his personal choice of investment, of course considering the cultural influences on him.  Next I asked about their successful collaboration with the Volkswagen group and he mentioned that Milan has particular taste which is very unique and genetically. He proudly said that,  however Turro can be considered as the city of engineering, Milan is and always will be the capital of contemporary car design. He added that, after graduating from the SPD, the most successful students join into the Volkswagen to do their internship. For example, recently five students of the SPD joined into the Lamborghini to work for them. 

SPD-nin yaradıcısı və sahibi Dr. Antonello Fusetti ilə tanış olub, məktəb haqqında eləcə də onun dizayn sektoru ilə bağlı fikirləri haqqında danışmaq imkanım olduğu üçün çox sevindim. İlk öncə, ekonomist olaraq bu sahəyə necə keçdiyini öyrənmək istədim. Dr. Fusetti isə bu sahəni şəxsi investisiya maraqlarına görə və əlbəttəki ona olan mədəni və irsi təsirlərə əsasən qurucusundan(onun dostunun dostu olduğu və satmaq qərarına gəldiyinə görə) satın almaq qərarına gəldiyini bildirdi. Daha sonra onların Volkswagen qrup ilə uğurlu əməkdaşlıqlarını soruşdum və O, Milanın özünəməxsus zövqü olduğunu və bunun irsən gəldiyini bildirdi. Daha sonra qürurlanaraq sözünə davam elədi: "baxmayaraq ki Turro mühəndislik şəhəridir, Milan isə indi də, gələcəkdə də müasir avtomobil dizaynı şəhəri olaraq qalacaq. " SPD-nin ən uğurlu tələbələri məzun olduqdan sonra Volkswagen şirkətində təcrübə toplamaq imkanı qazanırlar. Məsələn bu yaxınlarda məktəbin 5 tələbəsi Lamborghiniyə qoşularaq orada işə başladı.






The main policy of the SPD is that they only choose the best talents. That is why at the moment they have around 200 students, but with extreme capabilities of creativity and imagination. Only students with the strong background and useful skills can join into the school to develop their profession and to become role players in the market. Recently, the school has investigated on food design, including the packaging and labelling and for the long term, they will focus more on luxury management, tailor made courses for managers also more onto food innovations. Finally Dr. Fusetti mentioned that, the school is located in the city that has a strong root of design, fashion, art and architecture, which is enough to be more creative and imaginative. However, in the future they have a plan to further expand into the China and Arab countries, of course, keeping the quality of the education at its best. 


SPD məktəbinin ən vacib qaydalarından biri onlar yalnız ən talantlı gəncləri seçirlər. Elə buna görə də məktəbdə cəmi 200 tələbə təhsil alır lakin, hər biri inanılmaz təsəvvür və yaradıcılıq bacarıqlarına malikdirlər. Yalnız güclü akademik göstəriciləri və lazımı bacarıqları olanlar məktəbə qoşula, burada təhsilini inkişaf etdirib, bazarın ən dəyərli şəxslərindən birinə çevrilə bilərlər. Bu yaxınlarda məktəb qida dizaynı sahəsində də tədqiqatlar aparır, uzun dönəmli planları isə lüks menecment, menecerlər üçün xüsusi hazırlanmış kurslar və daha çox qida sektorundakı yeniliklərə yönəltmək istəyir. Nəhayət, cənab Fusetti hesab edir ki, məktəbin yerləşdiyi bu ideal şəhər - moda, dizayn, incəsənət və arxitektura üzrə güclü köklərə malikdir, bu da insanların təsəvvür etmək və yaradıcılıq qabiliyyətlərinə müsbət təsir edir. Lakin gələcək planlarının Ərəb ölkələri və Çinə doğru inkişaf etmək olduğunu bildirdi.


You can find more on the website/ Daha çox informasiyanı saytdan əldə edə bilərsiniz:
http://www.scuoladesign.com/



1 comment:

Luxury Fashion said...

HI,
Thank you so much for sharing.. I love your post... Really nice post as always.. Your blog will be very helpful for the people..

Related Posts Plugin for WordPress, Blogger...