Sunday, May 10, 2015

SPD - Scuola Politecnica di Design

In English :

Design plays a major role in our daily life, whether we pay more attention to it or not. With our preferences, we wear clothes, drive cars, purchase consumable products, read newspapers and magazines or websites, go to the restaurants and bars, and live in houses - all designed by some companies, creative people or designers. Of course better design is more money. That is the main reason why companies consider the design of the product as much important as the product itself, if not more.

Azərbaycan Dilində :

Dizayn həyatımızın hər tərəfində yer alır, buna daha çox diqqət yetirsəkdə-yetirməsəkdə. Seçimlərimizə görə fərqli geyimlər geyinir, maşınlar sürür, məhsullar istehlak edir, qəzetlər, jurnallar və websaytlar oxuyur, restoran və barlara gedirik, və evlərdə yaşayırıq- bütün bunlar müxtəlif şirkətlər, kreativ insanlar və dizaynerlər tərəfindən dizayn olunur. Əlbəttə ki, daha yaxşı dizayn daha çox pul deməkdir. Elə bu da şirkətlərin nə üçün məhsul dizaynına bu qədər əhəmiyyət verdiklərinin əsas səbəbidir. 



We all know that Milan is not just the city of fashion, but it also has all other aspects of design that play a paramount role in different sectors. When I was in Milan, I had a chance to visit Scuola Politecnica di Design (SPD)- one of the very first postgraduate schools of design disciplines in Italy, founded in 1954 by Nino Di Salvatore. What I believe is, first impression is very important for whether to encounter someone or something seriously or not. And when I see the new building of the SPD I was like "WOW" this is magnificent. I can easily say that one of the most beautiful and modern education center I have ever seen and been. It is literally like some sort of modern art museum or something. Very Impressive!!!

Hər birimizin bildiyi kimi, Milan sadəcə moda şəhəri yox o həm də dizaynın bütün sahələri ilə dünyada ən vacib rollardan birini oynayır. Milanda olduğum zaman, Italiyanın ilk dizayn sahələri üzrə yaradılmış məktəbinə - Scuola Politecnica di Design (SPD) baş çəkmək imkanım oldu. Əsası 1954-cü ildə Nino Di Salvatore tərədindən qoyulan bu məktəbin yeni binası məni ilk görüşdən öz möhtəşəmliyi ilə valeh etdi. Beləliklə, SPD haqqında ilk təəssüratım sadəcə "WOW" oldu :) Rahatlıqla, bu günə qədər gördüyüm ən gözəl və modern təhsil mərkəzlərindən biri olduğunu deyə bilərəm, hətta ən gözəlidi də demək olar. 




This specialist design school is the house of the a lot of young talent from all over the world where they exchange their ideas and build projects collaboratively with the key companies of the industry. Students from more than 50 countries came here to study different areas of the design, from industrial to interior, from web to digital, and from food to car design. The difference between SPD and other famous Italian universities such as Bocconi is that, in its 60 years SPD gave an education with the true taste sensibility of design and completely focused onto the area. The school has a very strong relationship with the key figures of the market, for example with the Volkswagen group. The students of the SPD collaborate with the company to design car prototypes for Volkswagen, Bentley, Audi and Lamborghini. Also, many companies like Adidas, Pepsi, Bugatti and Nivea always get in touch with SPD to grab their young talents. 

Dizayn sahələri üzrə ixtisaslaşmış bu məktəb, bir çox gənc talantların yetişdiyi, öz fikirlərini bölüşdüyü və çox önəmli şirkətlər ilə birgə proyektlər hazırladığı bir təhsil ocağıdır. 50-dən çox ölkədən buraya dizaynın müxtəlif növlərini, sənayedən interyerə, webdən dijitala və yemək məhsullarından avtomobil dizaynına kimi müxtəlif sahələri dərindən öyrənmək üçün gəlirlər. SPD və digər məşhur İtalyan universitetləri məsələn Bocconi arasındakı əsas fərq ondadır ki, SPD öz 60 ilini yalnız dizayn sektorunun ən incə həssaslığı ilə öyrədilməsinə və bu sahənin dərindən araşdırılmasına həsr edib. Bundan başqa SPD-nin, bazarın ən vacib fiqurları ilə də çox yaxın əlaqələri var, məsələn Volkswagen qrup ilə. Beləki, SPD-nin tələbələri şirkət ilə yaxın əməkdaşlıq edərək, Volkswagen, Bentley, Audi və Lamborghini kimi brendlər üçün avtomobil prototipləri hazırlayırlar. Eləcə də, Adidas, Pepsi, Bugatti və Nivea kimi şirkətlər SPD ilə daim əlaqədə olaraq gənc talantları öz kompaniyalarına cəlb edirlər. 







I was lucky enough to meet with the owner and the director of the SPD, Dr. Antonello Fusetti to have a quick chat about the school and his views on design sector in general. I was interested in to know how he decided to jump in this sector with the economic background. Dr. Fusetti said that to purchase this school from the founder(who was the friend of his friend, and wanted to sell the school), was his personal choice of investment, of course considering the cultural influences on him.  Next I asked about their successful collaboration with the Volkswagen group and he mentioned that Milan has particular taste which is very unique and genetically. He proudly said that,  however Turro can be considered as the city of engineering, Milan is and always will be the capital of contemporary car design. He added that, after graduating from the SPD, the most successful students join into the Volkswagen to do their internship. For example, recently five students of the SPD joined into the Lamborghini to work for them. 

SPD-nin yaradıcısı və sahibi Dr. Antonello Fusetti ilə tanış olub, məktəb haqqında eləcə də onun dizayn sektoru ilə bağlı fikirləri haqqında danışmaq imkanım olduğu üçün çox sevindim. İlk öncə, ekonomist olaraq bu sahəyə necə keçdiyini öyrənmək istədim. Dr. Fusetti isə bu sahəni şəxsi investisiya maraqlarına görə və əlbəttəki ona olan mədəni və irsi təsirlərə əsasən qurucusundan(onun dostunun dostu olduğu və satmaq qərarına gəldiyinə görə) satın almaq qərarına gəldiyini bildirdi. Daha sonra onların Volkswagen qrup ilə uğurlu əməkdaşlıqlarını soruşdum və O, Milanın özünəməxsus zövqü olduğunu və bunun irsən gəldiyini bildirdi. Daha sonra qürurlanaraq sözünə davam elədi: "baxmayaraq ki Turro mühəndislik şəhəridir, Milan isə indi də, gələcəkdə də müasir avtomobil dizaynı şəhəri olaraq qalacaq. " SPD-nin ən uğurlu tələbələri məzun olduqdan sonra Volkswagen şirkətində təcrübə toplamaq imkanı qazanırlar. Məsələn bu yaxınlarda məktəbin 5 tələbəsi Lamborghiniyə qoşularaq orada işə başladı.






The main policy of the SPD is that they only choose the best talents. That is why at the moment they have around 200 students, but with extreme capabilities of creativity and imagination. Only students with the strong background and useful skills can join into the school to develop their profession and to become role players in the market. Recently, the school has investigated on food design, including the packaging and labelling and for the long term, they will focus more on luxury management, tailor made courses for managers also more onto food innovations. Finally Dr. Fusetti mentioned that, the school is located in the city that has a strong root of design, fashion, art and architecture, which is enough to be more creative and imaginative. However, in the future they have a plan to further expand into the China and Arab countries, of course, keeping the quality of the education at its best. 


SPD məktəbinin ən vacib qaydalarından biri onlar yalnız ən talantlı gəncləri seçirlər. Elə buna görə də məktəbdə cəmi 200 tələbə təhsil alır lakin, hər biri inanılmaz təsəvvür və yaradıcılıq bacarıqlarına malikdirlər. Yalnız güclü akademik göstəriciləri və lazımı bacarıqları olanlar məktəbə qoşula, burada təhsilini inkişaf etdirib, bazarın ən dəyərli şəxslərindən birinə çevrilə bilərlər. Bu yaxınlarda məktəb qida dizaynı sahəsində də tədqiqatlar aparır, uzun dönəmli planları isə lüks menecment, menecerlər üçün xüsusi hazırlanmış kurslar və daha çox qida sektorundakı yeniliklərə yönəltmək istəyir. Nəhayət, cənab Fusetti hesab edir ki, məktəbin yerləşdiyi bu ideal şəhər - moda, dizayn, incəsənət və arxitektura üzrə güclü köklərə malikdir, bu da insanların təsəvvür etmək və yaradıcılıq qabiliyyətlərinə müsbət təsir edir. Lakin gələcək planlarının Ərəb ölkələri və Çinə doğru inkişaf etmək olduğunu bildirdi.


You can find more on the website/ Daha çox informasiyanı saytdan əldə edə bilərsiniz:
http://www.scuoladesign.com/



Tuesday, April 21, 2015

Milan Fashion Week Part 2: This is How We Do

In English :
In my previous post (you can find it here) I talked about the education system of the one of the most professional fashion schools. I believe you found it somehow useful, but now let's talk about funnier things of Milan, like fashion shows, cocktails and new places that I had discovered. As in the Katy Perry song "This is How We Do!" let's see, how did I do in Milan!. Unfortunately(not nice way to start post), I missed some events  that I had been invited, but still enjoyed those that I attended. I wish I had more time to discover the glamour life of the city.

Azərbaycan dilində:
Əvvəlki məqaləmdə (burdan baxa bilərsiniz) ən profesiyonal moda məktəblərindən birinin təhsil sistemi haqqında danışmışdım. Əminəm ki, sizin üçün faydalı oldu, amma gəlin bu dəfə Milanın daha əyləncəli tədbirlərindən, moda nümayişləri, kokteyllər, və kəşf etdiyim məkanlarından danışaq. Çox təəssüf ki, dəvət aldığım tədbirlərin bəzisinə gedə bilmədim, amma getdiklərimdən də böyük həzz aldım. Kaş ki, şəhərin bu qlamur həyat tərzini dərindən kəşf etmək üçün daha çox vaxtım olsa idi.


The Vogue Talents/Corner.com presentation of young designers. The two paramount names in the fashion world came together to support young talents,  to represent their collections on the powerful Vogue and  Corner.com platforms. One is the world's most important magazine, and the other one is the well known luxury online destination which is also one of my favorite e-shops. When all the attentions were on the names like Prada, Gucci or Fendi during the Milan Fashion Week, new blood like these definitely deserve more consideration. That was the great chance for them to speak to Vogue customers and sell their products directly through Corner.com. This year is the fifth presentation of the young talents chosen from all around the world, including recently launched, but very successful brands like Les Petits Joueurs, Mobi, CG, Coperni Femme, Miuniku, Curated, Kittima and etc. They have already become favorites of famous street stylers, magazines and online shops. I met with some of these designers or representatives of the brands, and had a chance to closer look at the new collections. I almost liked everything.

Vogue Talantları/Corner.com gənc dizaynerlərin təqdimatı. Moda dünyasının iki vacib nümayəndəsinin bir araya gəlməsi, gənc talantlara dəstək olmaq və onların kolleksiyalarını Vogue və Corner.com platformalarında təqdim etmək məqsədi daşıyırdı. Biri dünyanın ən əhəmiyyətli moda jurnalı, digəri isə mənim də sevimli e-shop-um olan, luks onlayn alış-veriş mərkəzidir. Bütün diqqətin Prada, Gucci və ya Fendi kimi markalarda olduğu Milan Moda Həftəsində  bu kimi bacarıqlı gənclərə daha çox diqqət ayrılmalıdır.  Ona görə də bu fürsət, yeni dizaynerlərə öz kolleksiyalarını Vogue müştərilərinə çatdırmağa və Corner.com da satışa çıxarmağa kömək edir. Bu il 5-cisi təşkil olunan sərgiyə dünyanın müxtəlif  yerlərindən olan dizaynerlər arasından seçilmiş və aralarında artıq uğur qazanmış Les Petits Joueurs, Mobi, CG, Coperni Femme, Miuniku, Curated Kittima kimi markalar da yer alır. Onlar qısa müddət ərzində küçə moda həvəskarlarının, jurnalların və onlayn satış mağazalarının sevilmlilərinə çevrilmiş gənc brendlərdir. Bu dizaynerlərdən və ya onların nümayəndələrindən bəziləri ilə tanış olmaq, söhbət etmək və yeni kolleksiyalarına daha yaxından baxmaq imkanım oldu. Demək olar bu kolleksiyaların tamamını çox bəyəndim.

Miuniku Collection

Kittima Collection

Kittima Collection

Miuniku Collection

Curated Collection

Kittima Collection

Curated Collection
Kittima Collection

Ken Samudio Bags


Mobi Shoes

Cecilia Ma Collection
Les Petits Joueurs Bags

Les Petites Joueurs Bags

COTE's new collection cocktail. Nice atmosphere,  beautiful place and great collection - what else would you want from the event! Two young designers Francesco Ferrari and Tomaso Anfosi founded this avant-garde brand with an expression of the New Wave of Made in Italy. The brand targets young, contemporary and cosmopolitan women.  I quite liked new collection, especially vibrant colors, graphic prints and craftsmanship. I also had a chance to meet with the young skillful designers of the brand.

COTE-nin yeni kolleksiya kokteyli. Əla atmosfer, gözəl məkan və möhtəşəm kolleksiya- bu  tədbirdən başqa nə istəmək olar ki! İki gənc dizayner Francesco Ferrari və Tomaso Anfosi, "Əsl Italiya Istehsalı"-nın Yeni Dalğası ifadəsi altında bu avanqard brendi qurmuşdurlar. Marka öz kolleksiyaları ilə əsasən gənc, muasir və kosmopolitan qadınları hədəf alır. Yeni kolleksiyanı xüsusilə də canlı rəngləri, qrafika basqıları və işçilik baxımdan çox bəyəndim. Bundan əlavə, bu gənc bacarıqlı dizaynerlərlə də tanış olub, söhbət etmək imkanım oldu.









Kristina Ti fashion show was held at the one of the most historical places of Milano - at the Palazzo Del Senato. Unfortunately, we had a little bit of organizational problem at the entrance, which was sorted out later. The location, atmosphere, music and the show all were great, but I cannot say same for the collection, so basic and nothing especial. Yes, it is true that the collection had some nice to wear pieces, but still I couldn't see brand identity and anything outstanding. I don't know, maybe it was just bad hospitality that affected my mood.

Kristina Ti moda nümayişi İtaliyanın ən tarixi məkanlarından birində baş tutdu- Palazzo Del Senatoda. Təəssüf ki, girişdə təşkilatçılıq problemləri yaşadıq, lakin bu tezliklə həll olundu. Məkan, atmosfer, musiqi və şou - hər şey çox əla idi, amma eyni şeyi kolleksiya üçün deyə bilmiyəcəm, olduqca sadə və xüsusi heç bir özəlliyə malik olmayan geyimlər. Əlbəttə ki, kolleksiyada gündəlik geyiniləsi gözəl parçalar var idi, ancaq brendin kimliyini temsil edəcək və diqqət çəkən daha heç nə görmədim. Bəlkə də, bütün bunlara səbəbə pis qonaqpərvərliyin kefimi pozması idi.











Biblioteca Della Moda is another must see place in Milan for those who love fashion, art, reading books and magazines. It has been 10 years since the library is relocated to the nice old building in Via Allesandria 8 and originally established with the self-interest. Now it is the house of more than 50k books, magazines, papers and digital lookbooks from 1868, including a massive archive of the Conde Nast publications such as Vogue. At the beginning, they were collecting all the valuable reading materials from designers, publishing houses and authors, but now they themselves send their issues to the Biblioteca della Moda, which are used by the hundreds of fashion students and many others.

Biblioteca Della Moda, Milanda yerləşən, modanı, incəsənəti, kitab və jurnalları oxumağı sevənlərin mütləq baş çəkməli olduğu yerlərdən biridir. Bu kitabxana artlq 10 ildir ki, Via Allesandria 8, küçəsində tarixi binalardan birində yerləşir. Şəxsi maraq nəticəsində qurulmuş bu kitab evi, bu gun 50 min kitaba, jurnala, kağız və digital kataloqa ev sahibliyi edir, eləcə də 1868-ci ildən bu yana nəşr olunmuş dəyərli jurnalların arxivinə sahibdir, bunların arasına Conce Nast-ın ilk nəşirləri olan Vogue jurnalları da daxildir. Ilk zamanlarda, Biblioteca Della Moda, dizaynerlər, nəşr evləri və müəlliflərlə əlaqə quraraq onların yeni buraxılışlarını toplayırdı, lakin indi həmin mənbələr özləri kitabxana ilə əlaqə saxlayaraq nəşrlərini göndərirər, bu da moda tələbləri və digər şəxslərin buradan daha aktiv istifadə etməsinə səbəb olur.

Latest Issues
Books by Chanel Jewelry and Audemars Piguet 

Vogue Archive

Vogue Issues

Book by Diana Vreeland
Finally, I would like to take you to the city side of the Milan, to the Novedrate(Como)- the greenish, lovely place located just on the border of Switherland. This popular tourist destination is surrounded by the beautiful Lake Como and Alps. I have been invited to this heaven's place by the eCampus Online University. The university that aimed to create a technological environment dedicating to learning. As the name indicates the university is mainly focused onto the distance learning,  and provides degrees in Economics, Engineering, Moda and Design and Regulations.  Building of the university was built in1970 by architect Bruno Morassutti and used as an IBM's education center until the 2003. Nothing has been changed after the purchase of this complex by the eCampus, to keep the extraordinary structure of the building. It has everything you would imagine to have, from restaurants to bars, from accomodation to prayer room, from gym to playrooms and etc. I was also invited to have a nice lunch, which I enjoyed a lot and just loved everything about this place.

Nəhayət ki, sizi Milanın kənarında, İsveçrə ilə sərhəddə yerləşən, yam-yaşıl cənnətə Novedrate(Como) şəhərinə aparmaq istəyirəm. Bu məşhur turist mərkəzi, möhtəşəm Como gölü və Alp dağları ilə əhatə olunub. Como-ya getmək səbəbim, buraya eCampus Online Universiteti tərəfindən dəvət almağım idi. Beləki, bu universitet texnologiyanın gücündən istifadə edərək öz uğurlu təhsil mühitini yaratmışdır. Adından da bəlli olduğu kimi, universitet əsasən distant təhsil ilə məşğul olmaq istəyənlər üçün nəzərdə tutulub və Ekonomika, Mühəndislik, Moda, Dizayn və Nizamnamələr ilə bağlı kurslar təklif edir. Binanın əsası 1970-ci ildə arxitekt Bruno Morassutti tərəfindən İBM şirkətinin təhsil mərkəzi olaraq qoyulub və eCampus Universiteti tərəfindən 2003-cü ildə alınıb. Alındıqdan sonra burada heç bir əsaslı dəyişiklik edilməməsi qərarı, binanın qeyri-adi strukturunun qorunmasına səbəb olub. Binada təsəvvür edə biləcəyiniz hər şey mövcuddur- restoranlardan barlara, yataxanadan ibadət otağına, idman zalından oyun zallarına qədər. Bundan əlavə Como-da etdiyim möhtəşəm nahar da, bu şəhər ilə bağlı olan hər şeyi daha çox sevməyimə səbəb oldu.

















Related Posts Plugin for WordPress, Blogger...