Lux həyatın ən əsas maddələrindən biri də dəbdəbəli avtomobillərdir
. Rolls Royce, Lamborghini, Ferrari, Bentley və
Maserati statusu təmsil edən avtomobil markalarından sadəcə bir neçəsidir . Bu dəfə
Bentley haqqında danışmaq istəyirəm.
|
Bentley logo |
Bu İngilis əfsanəsi 18 yanvar 1919 cu ildə Walter Owen Bentley tərəfindən yaradılıb. Hələ 1930-cu ildə Rolls Royce şirkəti kimliyini gizlədərək Bentley-nin bütün hissələrini satın alır və öz şirkətini Bentley Motors Ltd. adlandırır.1970-1980-ci illərdə Bentley-nin satışları azalmağa başlayır. Bu isə Rolls Royce-u narazı olmasına səbəb olur.Beləliklə şirkətin adı yenidən Rolls Royce Motors Ltd adlandırılır və şirkətin hissələri Vickers plc. şirkətinə satılır. Bu şirkətin tərkibində Bentley əvvəlki uğurunu bərpa edə bilir. Həmin ili Bentley və RR-in satış nisbəti 40:60-a bölünürdü. Və nəhayət son olaraq Benltey və Rolls Royce-un sahibi olmaq üçün BMW ilə mübarizə aparan Volkswagen Group 430 million dollara şirkətin bütün hissələrini Vickers plc. dən alır.
İndi isə fotolarla Bentley-nin tarixi avtomobillərinə nəzər salaq.
|
1929-1950 |
|
1955-1990 |
|
son dovürlər |
|
interior of Bentley |
Bentley öz nüfuzu və dizainı ilə bir çox məşhurların və zəngin avtomobil həvəskarlarının qarajında 1-dən çox modeli ilə yer tapıb. Bunların arasında
David-Victoria Beckham ailəsi, kraliça
Elisabet,
Nichole Scerzinger və
Heidi Klum kimi məşhurlarda var.
|
Paris Hilton-un çəhrayı Bentley avtomobili |
|
Kraliça Elizabeth-in xüsusi Bentley avtomobili |
|
Bentley Baku Showroom(photos 1news.az) |
Xatırladım ki, 2009 cu ildən etibarən
Bentley Baku salonu
Port Baku-da fəaliyyət göstərir.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
No comments:
Post a Comment