Friday, July 8, 2011

Spring/Summer 2012 Menswear

2012-ci il kişi kolleksiyalarının təqdim olunduğu moda həftələri keçən ay sona çatdı.Fotoların hazırlanması çox vaxt aldığı üçün, heç cür tamamlayıb sizinlə paylaşa bilmədim, nəhayət bu gün bu işi nöqtələməyə qərar verdim. Kolleksiyalardan seçdiyim geyimlərlə, növbəti yaz-yay aylarında nələr dəbdə olacaq indidən fikir sahibi ola bilərsiniz. Sezon vaxtı ən bəyəndiyim kolleksiyaların tamamını və fikirlərimi sizinlə paylaşacam, amma indi bütün markaların kişi kolleksiyalarını qısaca gözdən keçirək.Bottega Veneta,Neil Barrett,Moschino,D&G,John RichmondZZegna kollekisyalarını daha çox bəyəndiyim halda Etro,Balmain, Burberry Prorsum, Louis Vuitton,Canali Prada kolleksiyaları əvvəlki sezona nəzərən daha zəif idi. Yenə də bu markalarda da gələcək sezonda trend yaradacaq geyim və aksesuarlar az deyil.Xatırladım ki, yeni sezonda kişi kolleksiyalarında sarı,narıncı,qırmızı və yaşıl rənglərin klassik ağ-qara və qəhvəyi rənglərlə uğurlu kombinasiyasını eyni zamanda etnik motivlərin,floral printlərin,denim cinslərin və şortların üstünlüyünü görmək mümkündür.



















No comments:

Related Posts Plugin for WordPress, Blogger...