Monday, January 23, 2012

Mercedes Benz SL 2013


Artıq bir neçə ay olar ki, blogda maşınlarla bağlı post etmirəm. Heç bu möhtəşəm avtomobili görənə qədər etmək qərarım da yox idi. Əlbəttə ki, söhbət ilk nüsxəsi 10 il bundan əvvəl çıxmış Mercedes-Benz SL nəslinin yeni 2013 modelindən gedir. Unikal görünüşü, üstün parametirləri və yüksək keyfiyyətli materiallardan hazırlanmış interieri, insanı bu avtomabilə daha da bağlanmağa vadar edir. Xüsusilə də, qırmızı rəngli dəri salon.
 Əvvəlki modelə nəzərən avtomobilin ölçülərində dəyişikliklər var. Belə ki, yeni SL-in eni 6, uzunluğu isə 2 santimetir artıb.






İlkin məlumatlara görə, yeni model iki versiyada satışa çıxarılacaq.Bunlar 306 at gücünə malik 3.5 litr həcimli SL350 və 435 at gücünə malik 4.7 litr həcimli SL500-dır. Avtomobilin 2012-ci ildən etibarən avtosalonlarda təqdim olunması planlaşdırılır. Qiymətə gəldikdə isə, əvvəlki modellərdən təxmini 5000 avro daha baha olması gözlənilir.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.




Wednesday, January 4, 2012

Mehriban Aliyeva in Tom Ford




Dahi Amerikan dizayner Tom Ford, uzun müdətdən  sonra ilk qadın kolleksiyasını təqdim etməsi ilə birlikdə, Bakıda da xanımlar üçün olan butikini açdı. Xanımların uzun illərdir dizaynerin əvəzedilməz geyimlərinə həsrət qaldığını bilirik. İlk kolleksiyası kimi, ikinci kolleksiyası olan payız-qış 2011 geyimləri də xanımlar tərəfindən rəğbətlə qarşılandı. Sezonun dəbi olan biri-birindən gözəl məxmər donlara Tom Ford kolleksiyasında da rast gəlmək olar. Elə Mehriban Əliyeva da Tom Ford kollekeksiyasından möhtəşəm bir don seçmişdir. Parlaq məxmər gül-çiçək motivli don, demək olar ki, bu sezon Tom Ford kolleksiyasında ən bəyəndiyim  geyimlərdən biridir. Bu geyimi Azərbaycan xanımının üzərində görmək isə mənə daha da xoşdur. Əminəm Tom Ford kolleksiyaları hələ çox xanımlarımızın qarderobuna daxil olacaq.Yeri gəlmişkən dizaynerlə bağlı izlədiyim bu kiçik filmi də sizinlə paylaşmaq istəyirəm.

Style Forum Special from Music Guy on Vimeo.

P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun

Monday, January 2, 2012

2011-ci ilin Yekunu

Əvvəlcə hər birinizi yeni il münasibəti ilə təbrik edirəm,həyatınızda və işlərinizdə uğur qazanmağı arzu edirəm. Çox təəssüf ki,  2011-ci ilin son ayları sizinlə bir yerdə ola bilmədim, amma buna baxmayaraq tətil vaxtından istifadə edib keçən ilin yekununu hazırlamaq istədim. Sizi deyə bilmərəm amma mən 2011-ci ildən çox razı qaldım. Həyatımda, təhsilimdə və işlərimdə arzuladığım hər şeyi əldə edə bildim. Ümid edirəm 2012-ci il də hər birimizə uğurlu il olar. İndi isə 2011-ci ilin yadda qalanlarına göz gəzdirək:
1.İlin Qadın və Kişi Geyim Markaları 
Beləki, 2011-ci ildə moda dünyasının ən sevilən qadın markaları Emilio PucciDolce&Gabbana oldu. Qırmızı xalçalar, açılışlar, kokteyllər və jurnallarda ən çox bu iki markanın geyimlərinə rast gəlmək olardı. Hətta Dolce&Gabbana-nın ulduzlu kolleksiyasından bezmək nöqtəsinə çatmışdıq(burdan baxa bilərsiniz).
Emilio Pucci and Dolce&Gabbana

Kutur geyimlərə gəldikdə isə,keçən il Elia Saab-ın möhtəşəm donları xanımların ən sevdiyi qırmızı xalça və ziyafət geyimləri markası idi.
Elie Saab
İlin uğurlu kişi geyim markalarından bir çoxunun adını çəkmək olar. Gucci, Jil Sander, BurberryLanvin bunlardan sadəcə bir neçəsidir.  Lakin keçən il mən ən çox Givenchy Rotweiler printli kişi geyimlərini bəyəndim.
Givenchy

Keçən il Charlotte Olympia, Christian Louboutin Brian Atwood ən çox seçilən qadın ayaqqabı markaları idi. Mənim ən bəyəndiyim isə Charlotte Olympia oldu. Klassik kişi ayaqqabılarına gəldikdə isə  Prada fərqli modelləri ilə, John Loob isə yüksək keyfiyətli dəridən hazırlanan sadə modelləri ilə kişilərin qarderobuna daxil oldu. Krasovkalarda isə Lanvin heç şübhəsiz ən sevilən marka oldu.

Add caption
2. İlin Yadda Qalan Seçimləri
Artıq 2 ildir ki, mənim yaddaşımda qalan ən əsas görüntü məhz Keira Knightely-nin seçimləri olur. 2010-cu ildə seçim etdiyi Chanel  donu, keçən il isə möhtəşəm Valentino seçimi hələ uzun müddət yadaşlardan silinməyəcək.
Keira Knigtely in Valentino



Keçən ilin 2-ci ən bəyəndiyim seçimi isə Natasha Poly-nin möhtəşəm Gucci libası idi.
Natasha Poly in Gucci


3. İlin Qırmızı Xalça Ulduzu
Keçən il heç şübhəsiz qırmızı xalçaların ən fərqlənən ulduzu Rosie Huntington Whitley oldu. Transformers filminin primeriyalarında seçim etdiyi biri-birindən gözəl seçimləri onu keçən ilin qırmzı xalça ulduzu etdi.
Rosie Huntington Whitley in Naeem Khan

Rosie in Burberry

4.İlin Toyu.
Bu il dünyada ən yadda qalan toy əlbəttə ki, Prince William Kate Middleton-un toyu oldu. Xanımın geyindiyi möhtəşəm Alexander Mcqueen gəlinlik isə tarixə qızıl hərflərlə yazıldı. Bizim cəmiyyət həyatında da bir çox toya şahid olduq. Lakin, bunlar arasında ən yadda qalanı Arzu Əliyeva-nın toyu oldu. Son dərəcə sadə və səsiz şəkildə ailə quran xanımın toyu mənim kimi bir çoxlarına maraqlı olsa da, toydan heç bir fotonu görə bilmədik.
Prince William and Kate Middleton

Arzu and Samed

5.İlin Açılışı.
Keçən il Azərbaycanda bir çox açılışlar oldu. Yeni otellər, butiklər və restoranlar. Bunlardan ən diqqət çəkənləri Hilton otelinin və yeni Emporium butikinin açılışı oldu.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun
Hilton Baku

Emporium Baku



Related Posts Plugin for WordPress, Blogger...