Sunday, September 18, 2011

Happy B-Day my Luxury Baku


Son zamanlarda başım o qədər qarışıqdır ki, blogumun 1 yaşı olduğunu belə unutmuşam.Keçən il Sentiyabrın 16-da blogumu yaratmaq qərarına gəldim  və 1 il ərzində Luxury Baku sizlərin sevilmli bloguna çevrildi.Bu bir il ərzində ən son moda trendlərini,ən qiymətli saatları və ziynət əşyalarını, yaxta və avtomobil sektorundakı yenilikləri, qırmızı xalça törənlərini,eləcə də ölkəmizdə olan açılışları və kokteylləri,cəmiyyət həyatının ən diqqət çəkən xanım və bəylərinin geyimlərini öz şəxsi fikirlərimlə birlikdə sizinlə paylaşdım. Bu müddət ərzində sizlərin qəlbinə yol tapa bildiyimi düşünürəm,ən azından bunu sizlərdən aldığım maillərdən, komentlərdən və statistikadan görə bilirəm. Xəbərlərimin 100,000-ə yaxın oxunması,gündəlik 1000-ə(bəzən 2000-də olur) yaxın ziyarətçi və 465 Facebook fanı qısa zaman ərzində reklamsız olaraq əldə etdiyim uğurdur deyə düşünürəm.Ən əsası odur ki, oxucularımın hər biri dünya görüşlü və səviyyəli insanlardır. Bir daha hər birinizə çox təşəkkür edirəm və bir neçə günlük fasilə verirəm. Tezliklə yeni xəbərlərim ilə gündəlik görüşərik. Hər birinizə həyatda və işlərinizdə uğurlar. Bu müdətdə kevin.rudolf@gmail.com e-mail adresindən və Luxury Baku-nun Facebook səhifəsindən (burdan baxa bilərsiniz) hər zamanki kimi əlaqə saxlayıb, suallarınızı verə bilərsiniz.

Tuesday, September 13, 2011

Ermenegildo Zegna Celebrates 20 Years in China


Lux kişi geyimlərinin ən böyük istehsalçılarından olan Ermenegildo Zegna Çin bazarındakı 20-ci ilini qeyd edir. Beləki, bu böyük bazara 1991-ci ildə daxil olan marka ildönümünü qeyd etmək üçün 20 parçalıq məhdud kolleksiya çıxarıb.Saatlar, qol düymələri, telefonlar, dəri və bütün digər aksesuarlar sadəcə Çinin ən böyük Ermenegildo Zegna butiklərində satışa çıxarılacaq.




Bütün kolleksiya xüsusi zövq və yüksək keyfiyyətlə hazırlanıb lakin bunlar arasında üçü varki ən möhtəşəm və diqqət çəkən parçalardır. Hər birindən sadəcə 20 ədəd istehsal olunmuş Vertu-Zgna telefon, Girard-Perregaux-Zegna saat və Tateossian-Zegna qol düymələri kolleksiyanın ən qiymətli aksesuarlarıdır. Hər üçünün hazırlanmasında 18 karatlıq çəhrayı qızıldan, telefon  və qol düymələrində yaqut daşlardan, telefon və saatda aliqator dərisindən istifadə olunub.Kolleksiyanın tamamını çox bəyəndim.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.






Monday, September 12, 2011

New Ad Campaigns


Yeni sezon kompaniyalarını həm blogun özündən, həm də Luxury Baku-nun Facebook səhifəsindən(burdan baxa biləsrsiniz) izləyə bilərsiniz. Beləki, bu sezon daha iki markanın reklam üzünə dünyaca məşhur ulduzlar seçilib ki, bunları da dərhal sizinlə paylaşmaq istədim.Birinci kompaniya lux italyan çanta və ayaqqabı istehsalçısı olan Tod's və məşhur aktrisa Anne Hathaway-in işbirliyidir. Aktrisa uğurlu film seçimləri qədər qırmızı xalçada da hər zaman çox zərif və gözəl görsənir. Görünür Tod's-un diqqətini də bu çəkib. Məncə markanın üzü olmaq  üçün düzgün seçimdi. Ortaya çıxan iş də bunun sübutudur. Xüsusilə fotoların göy və qırmızı rəng kombinasiyası əladır. Bəyənmədiyim tək detal aktrisanın həddindən artıq ağardılmış dərisidir.Bunu da, biri-birindən gözəl Tod's-lara baxaraq görməməyə çalışıram.



Növbəti işbirliyi isə ArmaniRihanna arasındadır. Bu sezonun ən diqqət çəkən kompaniyalarından biri də demək olar.Çünki, biri moda dünyasının digəri isə musiqi sektorunun ən zirvəsində olan iki markadır demək olar. Ümumiyyətlə, Armani-nin jeans və underwear kompaniyaları hər zaman diqqət çəkən olur.David-Victoria Beckham, Megan Fox, Christian Ronaldo, Rafael Nadal və son olaraq Rihanna markanın üzü olaraq seçildi. Şəxsi fikrimcə bunların arasında markaya ən çox Rihanna yaraşır.Reklamlar son dərəcə maraqlı və diqqət çəkəndir.







Saturday, September 10, 2011

Mehriban Aliyeva's Sergio Rossi Shoes and Chanel Bag


Daha əvvəl də dediyim kimi, hər zaman son moda trendlərini yaxından izləyən, gördüyü möhtəşəm işlər qədər zərif geyim və aksesuar seçimləri ilə də diqqət çəkən Mehriban Əliyeva bu sahədə də Azərbaycan xanımlarının öncüsüdür. Hər zaman formda və baxımlı görməyə alışdığımız Mehriban xanım bu dəfə də seçimləri ilə incə zövqünü nümayiş etdirir.Beləki, gördüyünüz bu fotolar müxtəlif vaxtlara aid olsa da,hər ikisinin ortaq nöqtəsi möhtəşəm Sergio Rossi platformalardır.Birinci fotoda bu dəbli ayaqqabıları xanım violet rəngli ətəyi və Chanel olduğunu təxmin etdiyim pencək ilə geyinsə də, ikinci fotoda tünd göy rəngli minimalist kəsimləri olan və böyük ehtimalla Calvin Klein Collection-dan(Fashion Show-dan olmadığı üçün 100% deyə bilmirəm amma markanın klassik kəsimlərinə çox bəzəndiyi üçün və Kerry Washington-un seçim etdiyi bənzər Calvin Klein Collection donu da nəzərə alaraq deyirəm) olan bir don ilə geyinib.Sergio Rossi ayaqqabılar ilə eyni rəngdəki Chanel çantası isə uğurlu seçimdir. Çox təəssüf ki, Crocus Group tərəfindən bir müddətdir Bakıda fəaliyyət göstərən Sergio RossiCasadei butikləri bağlandı. Ümid edirəm tezliklə yenidən bu Italyan markaları şəhərimizdə görə biləcik.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.


Wednesday, September 7, 2011

Bottega Veneta F/W 2011 Leather Collection

 Istər kişi, istərsə də qadın dəri-aksesuarları kolleksiyası olsun (burdan baxa bilərsiniz), Bottega Veneta ən bəyəndiyim markalar arasında ilk sıralarda yer alır. Xüsusilə də,hər sezon biri-birindən gözəl Bottega Veneta çantaları, çamadanları, klarçları və digər  kiçik aksesuarları modasevər xanımların və bəylərin qarderobunda əvəzolunmaz yerə sahib olur(burdan baxa bilərsiniz).Əlbəttə ki, bunun ən əsas səbəbi fərqlilik,yenilik və yüksək keyfiyətdir.Bütün bunları hər hansı bir Bottega Veneta modelində görmək elə də çətin deyil.Əminəm markanın aşağıdakı son payız-qış kolleksiyasını incələdikdən sonra nə demək istədiyim daha da aydınlaşacaq. Çox sevindirici haldır ki, Bakıdakı Bottega Veneta butikindən bu gördüyünüz aksesuarıarın çoxunu əldə etmək mümkündür. Hətta ekzotik dərilərdən olan ən qiymətli çantalrı belə bu butikdə tapmaq mümkündür. Kolleksiyanın tamamı üçün Luxury Baku-nun Facebook səhifəsinə burdan baş çəkin.

1.Bottega Veneta payız-qış 2011 qadın aksesuar kolleksiyası.Hər birinin qiymətini üzərində qeyd etmişəm.






Yeni sezon qadın kolleksiyasında sezonun trend rəngi olan narıncının üstünlüyünü görmək mümkündür. Xüsusilə də məxmər materialdan olan knot-lar(klarçlar) bu sezonun must have modelləridir.Eyni zamanda yeni kəmər və kiçik akseuar modelləri də gözümdən qaçmadı. Hər biri əl işi olan bu aksesuarlar çox zövqlü görsənir.

2.Bottega Veneta payız-qış 2011 kişi aksesuar kolleksiyası. Hər birinin qiymətini üzərində qeyd etmişəm.




Kişi kolleksiyasında isə rəng olaraq yenə də tünd rənglər hakimdir.Sadəcə  ayaqqabılarda müxtəlif rəngləri görmək mümkündür.Loqosuz kəmərlər və ekzotik dəri çantlar bu sezonun ən bəyəndiyim aksesuarlarıdır.

Sunday, September 4, 2011

10th Anniversary of GQ Germany

Ralph Lauren
Dünyanın ən böyük kişi moda jurnallarından sayılan GQ hər zaman fərqli style çalışmaları ilə diqqət çəkir. Bu dəfə də GQ Germany (Almaniya) yaranmasının 10-cu ildönümü şərəfinə maraqlı bir iş ortaya çıxarıb. Beləki, dünyanın ən məşhur dizaynerləri və moda evlərinin payız-qış 2011 kolleksiyalarından seçilmiş bu geyimlər  növbəti sezonun  dəbi ilə bizi yaxından tanış edir. Maraqlı tərəfi isə bu dizaynerlərin təbriklərinin həmin fotolarda yer almasıdır.Hərçənd ki, dizaynerlərin "ilan-qurbağa" xətlərini oxumaq işgəncədir, əminəm hər biri xoş sözlər yazıb.Yeri gəlmişkən,  Jil Sander kombinasiyasında yer alan Raf Simon imzalı paltonu çox bəyəndim.Göy astarlı qara palto böyük ehtimal yeni sezonda qarderobuma daxil olmaq üçün səbirsizlənir.

Jil Sander by Raf Simon
Boss Selection by Kevin Lobo

Burberry Prorsum by Christopher Bailey

Bottega Veneta by Tomas Maier

Dolce&Gabbana

Calvin Klein by Italo Zucchelli 

Giorgio Armani

Gucci by Frida Giannini

Prada

Tom Ford

Versace

Saturday, September 3, 2011

Burberry Body


Nəhayət, Burberry yeni ətiri olan Body-ni Sentiyabrın 1-də təqdim etdi. Normalda bu cür xəbərlər mənim üçün çox da maraqlı deyil, çünki ətirlərin zövqə görə dəyişdiyini düşünürəm. Heç kim flakon yada reklama görə ətir seçimi etmir. Görünür mənim kimi düşünən çox adam var ki, marka bütün diqqəti çəkmək üçün əlindən gələni edib. Daha əvvəl markanın sezon və kosemetika reklamlarının üzü olan ingilis model Rosie Huntington Whiteley bu dəfə yeni ətiri təqdim etmək üçün seçildi, bir ay boyunca çəkimlərdən qısa-qısa görüntülər You TubeFacebook-da təqdim olundu və ən maraqlısı markanın saytında qeydiyatdan keçmiş hər kəsə(mənimki hələ də gəlib çıxmıyıb) tester hədiyyə olundu. Əslində Body markanın bu günə qədərki ən romantik və sexy ətiridir desəm yalan olmaz(bundan əvvəl marka daha çox sportiv və dinamik ətirlər təqdim etmişdir). Gələk reklamlara, Rosie sadə gözəlliyi və möhtəşəm bədən quruluşu ilə adamı valeh edir.Yeni ətir markanın klassik trençkotlarından ilhamlanaraq hazırlandığı üçün Rosie reklam çarxında sadəcə trençkot geyinib.Markanın bunu ön plana çıxartması əla ideyadır.Qiymətlərə gəldikdə 45-75 pound($75-$120) arasında dəyişir.




Hətta marka yeni ətirin şərəfinə bir neçə geyim və aksesurdan ibarət kolleksiya da təqdim edib. Beləki, Nude(Burberry London kolleksiyasına aiddir) adlanan bu kolleksiyada sadəcə krem tonlarına üstünlük verilib. Kurtkaların qiyməti 795-2095 pound($1300-$3400) arasında dəyişir.Aksesuarlarının qiymətlərini isə hər birinin üzərində yazmışam.Xüsusilə də, exzotik dəri çantalar həqiqətən möhtəşəmdir.(Fotoların üzərinə tıklayıb aksesuarları daha yaxından incələyə bilərsiniz)


Burberry Nude Coats
Burberry Nude Accessories

Related Posts Plugin for WordPress, Blogger...