Thursday, September 30, 2010

Daha 4 Yeni Marka Bakıda

Günü-gündən inkişaf edən Bakımız demek olar ki, son 2 il ərzində 100 dən çox lux və dünyaca məşhur markaya ev sahibliyi edir. Hər nə qədər bir çox marka hələ də şəhərimzdə açılmağa risk etməsə də, onların da gəlməyinə bir şey qalmıyıb, bunun üçün sadəcə bir neçə il daha lazımdır. Beləki, Bakda olan və ya olmayan, dünyaca məşhur bir çox marka haqqında daha sonra ətraflı yazacam. İndi isə şəhərimizdə açılmaqda olan son 4 markaya göz gəzdirək.Bunlar Loro Piana, Dunhill,Harmont & Blaine və DKNY-dir .



P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

Mercedes Cls 2012


Mercedes-in yeni Cls modelini ifadə etməyə söz tapa bilmədiyim üçün sadəcə möhtəşəm demək istəyirəm. Yəqin ki, avtomobilin dizaynından danışmaq yersizdir çünki, hər şey göz qabağındadır. Baxın və özünüz qiymətləndirin. Yeni modelin bu qədər dəyişəcəyini və mükəmməlliyin bu dərəcəsini doğrusu təxmin etməmişdim.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.




Saturday, September 25, 2010

Erdem Spring/Summer 2011 Collection

İndi isə yarı İngilis yarı Türk dizayner Erdem-in kolleksiyası ilə tanış olaq. Hər nə qədər dünya onu İngilis dizayner kimi tanısa da, mən yenə də Türk olduğuna inanmaq istəyirəm. Çünki bu kolleksiyanı ifadə etmək üçün sözlər kifayət etmir. Hər geyim başdan ayağa zərafəti və kübarlığı təmsil edir.Kurjevalı zərif donlar möhtəşəmdir. Əgər sezonda markaları 10 üzərindən qiymətləndirsəm Erdem kolleksiyasına fikirləşmədən 10 verərdim.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.





D&G Spring/Summer 2011 Collection


D&G-nin bu kolleksiyasını çox bəyəndim, çünki həddindən artıq şirindi.Bəlkə də bir kolleksiyaya şirin demək anormaldır, amma bu kolleksiyanı ifadə etmək üçün bundan gözəl söz tapa bilmədim. Görünür yeni sezonda  marka daha gənc kütləyə xitab etməyi planlaşdırır.Rəngarəng kolleksiyada gül-çiçək motivləri hakimdir.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.



 

Burberry Prorsum-dakı Böyük Dəyişiklik


Burberry Prorsum yaz-yay 2011-ci il kolleksiyasında kreativ dizayner Christopher Bailey tamamilə fərqli bir iş ortaya çıxarıb. Keçən ilki  zərif krem rəngli şifonlar,drapelər,trençkotların yerinə  rockin-chic qısa motor-bike dəri gödəkçələr, rəngli aksesuarlar, və exotic motivlər gəlib.


Beləki, bir çox  kombinasiyada istifadə edilmiş  animal print-lər də (heyvan naxışları) Burberry üçün yenidi. Bir çox üst geyim, biton(ilan növü) dərisindən hazırlanıb.

Kolleksiyada istifadə edilmiş üst geyimlərin tamamı Burberry-nin online saytında 1 həftəlik ilkin satışa çıxarılıb.Buna görə də yeni kolleksiyanın qiymətlərini də sizinlə paylaşa bilirəm.

Əslində Burberry-nin keçən yaz-yay kolleksiyasını daha çox bəyənmişdim. Bu kolleksiya da isə dəri gödəlçələri bəyəndim Lakin əlbəttə ki heç biri klassik və hər zaman rahatlıqla geyinilə bilən trençkotların yerini vermir.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

Friday, September 24, 2010

Alberta Ferretti Spring/Summer 2011 Collection


Bu dəfə Alberta Ferretti kolleksiyasının tamamını şifon parçalardan hazırlamışdır.Elə buna görə də hər geyim çox zərif və gözəl görsənir. Kolleksiyada boz tonların hakimiyyəti üstünlük təşkil etsə də, gül-çiçək naxışları kolleksiyanın yaz ayları üçün hazırlandığını göstərir. Mən çox bəyəndim.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.



Thursday, September 23, 2010

Anna Sui Spring/Summer 2011 Collection


Anna Sui-nin bu kolleksiyasında tamamilə bir safari havası var. Ümumi olaraq kolleksiyanın etnik havasını bəyəndim amma geyimlərin və dekor-un qarışıqlığı göz yorur.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.



3.1 Phillip Lim Spring/Summer 2011 Collection


3.1 Phillip Lim-dən əla bir kolleksiya daha. Fərqli kəsimlər, bir neçə parça növünün möhtəşəm uyumu.Hər nə qədər yaz-yay aylarının rənglərini təmsil etməsə də, krem rəngli modelləri çox bəyəndim.

Kişi kolleksiyasına möhtəşəm deyə bilməsəm də, zövqlü kombinasiyaların olduğunu deyə bilərəm.

P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

Saturday, September 18, 2010

Leyla Aliyeva in Balmain


Leyla Əliyeva Azərbaycan cəmiyyət həyatının ən gözəl geyinən xanımları arasında özünəməxsus seçimləri ilə seçilir. Bu parlaq yaşıl Balmain don Leyla xanımın üzərində modeldən də gözəl görsənir.Məncə sezonun ən gözəl və fərqli seçimlərindən biridir. Ümumiyyətlə, dəbli geyinməyi və hər zaman cazibədar görsənməyi sevən xanımlarımızın çox olduğu bir ölkədə yaşayırıq.Ona görə də bu cür möhtəşəm seçimlərə təəccüblənmək lazım deyil.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

Bentley

Lux həyatın ən əsas maddələrindən biri də dəbdəbəli avtomobillərdir. Rolls Royce, Lamborghini, Ferrari, Bentley və Maserati  statusu təmsil edən avtomobil markalarından sadəcə bir neçəsidir . Bu dəfə Bentley haqqında danışmaq istəyirəm.

Bentley logo
Bu İngilis əfsanəsi 18 yanvar 1919 cu ildə Walter Owen Bentley tərəfindən yaradılıb. Hələ 1930-cu ildə Rolls Royce şirkəti kimliyini gizlədərək Bentley-nin bütün hissələrini satın alır və öz şirkətini Bentley Motors Ltd. adlandırır.1970-1980-ci illərdə Bentley-nin satışları azalmağa başlayır. Bu isə Rolls Royce-u narazı olmasına səbəb olur.Beləliklə şirkətin adı yenidən Rolls Royce Motors Ltd adlandırılır və şirkətin hissələri Vickers plc. şirkətinə satılır. Bu şirkətin tərkibində Bentley əvvəlki uğurunu bərpa edə bilir. Həmin ili Bentley və RR-in satış nisbəti 40:60-a bölünürdü. Və nəhayət son olaraq Benltey və Rolls Royce-un sahibi olmaq üçün BMW ilə mübarizə aparan Volkswagen Group 430 million dollara şirkətin bütün hissələrini Vickers plc. dən alır.

İndi isə fotolarla Bentley-nin tarixi avtomobillərinə nəzər salaq.

1929-1950

1955-1990

son dovürlər

interior of Bentley
Bentley öz nüfuzu və dizainı ilə bir çox məşhurların və zəngin avtomobil həvəskarlarının qarajında 1-dən çox modeli ilə yer tapıb. Bunların arasında David-Victoria Beckham  ailəsi, kraliça Elisabet, Nichole Scerzinger  və Heidi Klum kimi məşhurlarda var.

Paris Hilton-un çəhrayı Bentley avtomobili

Kraliça Elizabeth-in xüsusi Bentley avtomobili


Bentley Baku Showroom(photos 1news.az)
Xatırladım ki, 2009 cu ildən etibarən Bentley Baku salonu Port Baku-da fəaliyyət göstərir.

P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

Friday, September 17, 2010

Salvatore Ferragamo-"Əsl İtalyan Marka"

Bu gündən etibarən sizə tez-tez dünyaca məşhur şirkətlər haqqında məlumat verəcəm.İlk olaraq Salvatore Ferragamo-dan başlamaq istədim çünki, bu markanı sevməyən insanı təsəvvür edə bilmirəm. "Əsl İtalyan Kefiyyəti" ifadəsini əlbəttəki, ilk olaraq Ferragamo-ya aid etmək olar . Marka ilə daha yaxından tanış olmaq üçün, tarixçəsinə qısaca bir göz gəzdirək.Bu əfsanəvi  markanın qurucusu Salvatore, İtalyada dünyaya göz açıb.Ayyaqabılara qarşı hər zaman  çox böyük marağı olan Salvatore, Neapolda ayyaqabı düzəltməyin ən incə sirrlərini öyrənməyə başlayır. Evlərinin yanında kiçik bir mağaza açaraq öz ayaqqabılarını burda satmağa başlayan Salvatore, daha sonra  ailəsi ilə Hollywood-a köçməli olur, beləliklə də Ferragamo-nun məşhurluğu qısa zaman ərzində bütün Kaliforniyaya yayılır. O artıq 1920-ci ildən Hollywood ulduzlarını geyindirməyə başlıyır.Beləki,aralarında Marilyn MonroSofia Roland kimi dünya ulduzlarının da olduğu zamanının moda ikonları, bu markanın ayaqqabılarının vurğununa çevrilir.

Marilyn Monroe/Sofia Roland


Günümüzdə də Hollywood ulduzları, cəmiyyətin ən önəmli insanları Ferragamo-nu severek geyinirlər.Jenifer Aniston, Anjelina Jolie,Demi Moore,Matt Daemon,Gerard Butler bu məşhurlardan sadəcə bir neçəsidir.


Celebrity in Ferragamo

 
Kişilərdə Ferragamonu çox sevir
Bu lux italyan markanın dünyanın ən önəmli şəhərlərində butikləri var. Artıq təxmini 3 il olar ki,  Bakıda da Ferragamo-nun kişi, qadın bir də duty free butiki fəaliyyət göstərir.

Ferragamo Baku Store
Beləki, Ferragamo dünyadakı ən bahalı kurtkanın istehsalçısı kimi də tanınır. Aligator dərisi bu kurtkanın qiyməti $200,000-dır.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.


$200,000  aligator coat

İndi isə bu markadan bəzi aksesuarlara  və ayyaqabılara baxaq.


Ferragamo-nun son dövürlərdəki çantaları


Ferragamo qadın ayaqqabıları

Ferragamo qadın ayaqqabıları

Ferragamo kişi çantaları

Ferragamo kişi ayaqqabı və aksesuarları

Some photos are from LuxLux.pl and Day.az. 

Thursday, September 16, 2010

MTV 2010 Video Music Awards

Hər MTV VMA-nın bir qəhrəmanı olur, bu dəfəki qəhrəman isə heç şübhəsiz Lady Gaga idi. Gecədəki mükafatları, fərqli geyimləri ilə qəbul edən müğənni, yenə də bütün diqqətləri öz üzərinə topladı. Seçim etdiyi bu sənət əsəri libası Alexander McQueen imzalıdır. Digər geyimin tamamı isə ətdən hazırlanıb. Hər nə qədər bu geyimlə mesaj verməyə çalışsa da, görüntü heç də xoşagələn deyildi.





Katy Perry-nin seçimini bəyənmədim.Marchesa marka donun uğursuz olduğunu düşünürəm.



Ashleey Green(Twilight) Katy Pery-dən daha yaxşı görsənir.




Kişilərdən isə Justin Timberlake hər zamankı kimi sadə və zövqlü görsənirdi. 




photos source MTV.com

P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun

İlk Post/ First Post

İlk olaraq məni izləyəcək olan hər kəsə  əvvəlcədən təşəkkür edirəm.Bu blogda sizə maraqlı gələcək  lux həyat tərzinin hər bir yönündən, ölkədə və dünyada baş verən yeniliklər,  partilər , açılışlar, yeni kolleksiyalar, maşınlar, yaxtalar, saatlar və  başqa bir çox şey barədə məlumatları şəxsi fikirlərimlə birlikdə paylaşacam.Ümüd edirəm ürəyinizcə olacaq.Qırmızı lenti kəsdim. Xeyirli olsun.
Related Posts Plugin for WordPress, Blogger...