Uzun müddətdir başım qarışıq olduğu üçün sizinlə paylaşmaq istədiyim yenilikləri geri plana atmaq məcburiyyətində qalıram. İndi isə əlimə düşən boş vaxtımdan istifadə edib, dərhal sizə
Emporium-un online mağazasını xatırlatmaq istəyirəm.
Son 10-illikdə online ticarətin inkişafı bütün dünyada sürətlə yayılmağa başlaması ilə,
Gucci, Burberry, Louis Vuitton və
Dolce & Gabbana kimi moda evləri öz saytlarında online xidmətləri genişləndirdilər,
bununla yanaşı
Net-a-Porter, Mr Porter, Matches Fashion, Luisa Via Roma və
daha bir çox
multibrand online mağazalar açıldı.
Əslində online alış-veriş etməyi çox sevən biri deyiləm, çox nadir hallarda istədiyim məhsulu mağazalarda tapa bilmədiyimdə, online saytlardan alış-veriş edirəm. Lakin, online saytların ən böyük üstünlüyü, məhsullarla rahatlıqla yaxından tanış olmağa və istədiyimizə asanlıqla qərar verməyə imkan yaradır. Hətta seçdiyimizi daha sonra mağazaların özündən əldə etsək belə. Çox təəssüf ki, bütün bu saydıqlarıma baxmayaraq online ticarət sistemi ölkəmizdə hələ də inkişaf etməyib. Lakin, artıq bir neçə aydır uğurla fəaliyyət göstərən
Emporium-un online mağazası, ən az
Port Baku-dakı möhtəşəm butiklərinin açılışı qədər məni sevindirdi. Saytın sadəliyi, yüksək zövqlə hazırlanmış interface-i və hər həftə yenilənməsi isə xüsusilə xoşuma gəldi. İndi isə saytdan seçdiyim bəzi məhsulları sizinlə paylaşmaq istəyirəm. Asağıda gördüyünüz məhsulları online əldə etmək üçün
bura (emporium.az) daxil olun.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
|
Givenchy 404AZN |
|
Azzedine Alaia 3200 AZN |
|
İsaia 1485 AZN |
|
Dsquared2 305 AZN |
|
Peter Pilotto 1411 AZN |
|
Marc Jacobs 1078 AZN |
|
Anna Karin Karlsson 453 AZN |
|
Tom Ford 263 AZN |
|
Matthew Campbell Laurenza 2034 AZN |
|
Prada 863 AZN |
|
Victoria Beckham 1098 AZN |
|
Christopher Kane 1964 |
|
Charlotte Olympia 641 AZN |
|
Givenchy 890 AZN |
|
Prada 358 AZN |
|
Prada 1178 AZN |
|
Taylor 75 AZN |
|
Vileberquin 161AZN |
|
Pierre Hardy 363 AZN |
|
Prada 305 AZN |
Photo source
: emporium
.az