Monday, December 24, 2012

New Sneakers Trend


Celebrity Wearing High Wedge Sneakers
Yəqin ki, son bir neçə sezondur gördüyünüz bu dəbdəbəli yüksək daban krasovkaların məşhurluğu sizin də diqqətinizi çəkir. Öz unikal görünüşü, fərqli rəng və çeşidləri ilə modasevər xanımların qarderobuna sürətlə daxil olan bu sneaker-lər həm çox rahat, həm də gizli dabanı sayəsində boy problemi olub, düz ayaqqabı geyinməyə çəkinən xanlmlar üçün idealdır. "Bəs bu modeli bütün dünyada bu qədər məşhurlaşdıran nədir?" sualını versəniz sizə Beyonce-un "Love On Top" klipindəki, İsabel Marant sneaker-lərlə göstərdiyi möhtəşəm performansı xatırlatmaq istəyərəm.  Beləki, həmin klipdən sonra gördüyünüz bu model krasovkalar bütün online mağazalardan və butiklərdən sürətlə tükənməyə başladı. Gisele Bundchen, Miranda Kerr, Kate Bosworth,  Anne Hathaway və Rosie Huntington Whiteley kimi dünya ulduzları da bu krasovkalara biganə qala bilməyən xanımlar arasındadır.


Beyonce's High Wedge Sneakers

Əlbəttə ki, bu tərz krasovkalar dünya trendini izləyən Azərbaycan xanımları arasında da artıq kifayət qədər populardı. Bakıda isə Minelli butiklərində bu krasovka-ların müxtəlif rəng, model və çeşidlərini əldə etmək mümkündür. Əsası 1972-ci ildə qoyulan Fransız ayaqqabı və çanta istehsalçısı olan Minelli, bu model sneakers-ləri istehsal edən çox az markadan biridir. Dünyada 200-dən çox butiki olan bu yüksək keyfiyyətli dəri istehsalçısının, Bakıda da artıq 2  butiki fəaliyyət göstərir.




Minelli High Wedge Sneakers


Küçə modası həvəskarları sayəsində, bu praktik ayaqqabıların hələ uzun müddət dəbdə qalacağını nəzərə alsaq, məncə mütləq hər xanım ən qısa zamanda bu sneaker-lərdən əldə etməlidir.  Əgər siz də yeni il ərəfəsində qarderobunuza bu model krasovkalardan əlavə etmək istəsəniz, Minelli butikinə baş çəkməyi məsləhət görürəm.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
Related Posts Plugin for WordPress, Blogger...