Gənc ingilis dizayner,
Stella McCartney xüsusilə son bir neçə il ərzində dünyanın ən sayılıb-seçilən dizaynerlərindən biri olmağı bacardı. Əfsanəvi
Beatles qrupunun solisti
Paul McCartney-in qızı olmasına baxmayaraq, Stella hər zaman öz uğurları ilə bütün moda dünyasının rəğbətini qazanmışdır. İlk olaraq
Chloe, daha sonra
Christian Lacroix üçün çalışan Stella öz imzası ilə ilk kolleksiyanı 2001-ci ildə təqdim etmişdir. Dizayner uzun illərdir
Adidas ilə uğurlu işbirliyi edir, bundan başqa son olimpia oyunlarında Böyük Britaniya komandasını geyindirmək şərəfi də məhz ona məxsusdur. Təbii ki, onun ugurlarını saymaqla bitirmək olmaz, mənim bu yazını yazmağda əsas məqsədim isə Azərbaycan xanımlarının
Stella McCartney sevgisidir. Beləki, müxtəlif tədbirlərdə, açılışlarda və kokteyllərdə xanımlarımızı bu markanın donlarında görmək mümkündür. Elə bütün dünyada çox bəyənilən yaz-yay 2012 kolleksiyası da bizim cəmiyyət həyatının qarderobundan yan keçmədi. Beləki, ilk olaraq
Arzu Əliyevanı Stella McCartney donu ilə görürük, eyni donu daha əvvəl
Rosie Huntington Whitley də geyinmişdir. Arzu xanım geyimini
Nina Ricci Ondine Agneau çantası və sadə aksesuarları ilə çox uğurla tamamlamışdır. Rosie isə geyimini nazik qara kəməri,
Alexander Wang ayaqqabıları və ağ
Hermes çantası ilə tamamlamışdır. Hər nə qədər bu çantanın geyimə uyğun olmadığını düşünsəm də, ümumi görüntü çox uğurludur, xüsusilə də geyim ilə incə kəməri çox bəyəndim. Hər iki xanım da çox sadə və dəbli görsənir.
Növbəti Stella McCartney seçimini isə
Mehriban Əliyeva etmişdir. Həqiqətən çox gözəl seçimdir. Geyimin elektrik göy rəngini çox bəyəndim, xanıma da çox gözəl yaraşıb.
Chanel çantası və sadə ayaqqabı seçimi ümumi görüntünü uğurla tamamlayır. Donun İngiltərədə satış qiyməti
1378 pound-dur.
Sezonun digər Stella-ları. Markanın yeni sezon kolleksiyasını
Emporium mağazalarından əldə edə bilərsiniz.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun