Thursday, May 31, 2012

New Stores Opened at JW Marriott Absheron Hotel


Daha əvvəl də dediyim kimi, dünyanın ən böyük markaları biri-birinin ardınca şəhərimizdə öz butiklərini açırlar. Beləki, Bakıda açılmaqda olan 5 ulduzlu hotellər bu işi daha da sürətləndirir. Bir müddət bundan əvvəl möhtəşəm Marriott hotelin inşaatı tamamlandı və hotel tam olaraq istifadəyə verildi. Hoteldə dünya standardlarına cavab verən lux otaqlar, restoranlar, barlar, spa mərkəzləri və bir çox digər xidmətlər də mövcuddur.




 Bununla yanaşı hotelin Neftçilər prospektinə baxan hissəsində açılmış olan yeni markalar bizi daha da sevindirdi. Bunlar arasında əvvəl də dediyim kimi dünyaca məşhur alman dizayner Phillipp Plein (markanın açılışı ilə bağlı əvvəlki posta burdan baxa bilərsiniz), yüksək keyfiyyətli parça(xüsusilə də kaşmir) və dəridən hazırlanan geyim və aksesuarları ilə tanınan İtalyan marka Brunello Cucinelli, bir müddət bundan əvvəl 28 May-dakı butikini bağlayan lakin Marriott hoteldə yenidən açmağa hazırlaşan dünyanın ən sevilən ayaqqabı markalarından biri Sergio Rossi və nəhayət məni ən çox sevindirən, Azərbaycanın ən böyük multibrand butiklərindən biri olan Avenue sadəcə kişilər üçün açdığı yeni butiki. 


İlk olaraq Brunello Cucinelli ilə  başlamaq istəyirəm. Markanın tezliklə şəhərimizdə açılacağına əmin idim.    Bunun əsas səbəbi ölkəmizdə yüksək keyfiyyətli məhsulları ilə seçilən markalara xüsusi rəğbətin olmasıdır. Məsələn bir müddət bundan əvvəl lux kaşmir istehsalçısı olan və yüksək keyfiyyətli məhsulları ilə seçilən Loro Piana Rəsul Rza küçəsində butik açmışdır. Elə Brunello Cucinelli də bir baxıma çox bənzər markadır. Hər iki markada da soft rənglərin hakimiyyətini görmək elə də çətin deyil. Əsas ünsür isə lux geyimlərin belə bu qədər rahat və praktik olmasıdır. 





Söz açmaq istədiyim növbəti butik isə Avenue-nin sadəcə kişilər üçün hazırladığı möhtəşəm multibrand mağazasıdır. Əvvəlki butikdə kişilər üçün kifayət qədər  yer olmadığı üçün yenisinin açılması məni çox sevindirdi. Dizaynında istifadə olunan parlaq mebel, yüksək keyfiyyətli dəri oturacaqlar, işıqlandırma və naxış elementləri olan şüşə ara kəsmələr burada ultra-lux atmosfer yaradıb. Hətta Emporium Port Baku-nun minimalist dizaynını hər nə qədər bəyənsəm də, bu store daha çox xoşuma gəldi. Ən əsası isə hər markanın geyimlərinin ayrı-ayrı sərgilənməsidir. Ən azından butikə daxil olduqda istədiyin markanı rahatlıqla tapıb, geyimlərinə göz gəzdirmək olacaq. Markalara gəldikdə,  Bottega Veneta, Dior, John Richmond, Yves Saint Laurent, Sergio Rossi, Santoni Loro Piana kimi dünyanın ən böyük markalarının kişi klleksiyaları təqdim olunur. Xüsusilə də Bottega Veneta(kişi dəri aksesuarları və ayaqqabılarını markanın Rəsul Rza küçəsindəki butikindən də əldə etmək olar lakin kişi geyimləri yalnız Avenue-da satılır), YSL(yanılmlramsa sadəcə Avenue-dan əldə etmək mümkündür.) və Dior Homme(həm Avenue, həm də Emporium-dan əldə etmək olar.) üçün bu butikə baş çəkməyə dəyər. 
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.







Photo Source: tonych_inc(skyscrapercity), president.az, Philipp Plein Facebook Page, Brunello Cucinelli Facebook PageAvenue Man Facebook Page.

Philipp Plein Baku Store Opening


Uzun çəkən ayrılıqdan sonra yenidən birlikdəyik. Mənə göndərdiyiniz email-lərdən də çox darıxdığınızı bilirəm. Mən də yay tətilimdə əlimdən gəldiyi qədər çox xəbəri sizinlə bölüşməyə çalışacam. Son bir neçə ayda şəhərimizdə tədbirlər biri-birinin ardınca baş tutur. Çox təəssüf ki, bunları sizinlə paylaşmağa vaxt tapa bilmədim. Elə ilk yazıma da onlardan biri ilə başlamaq istəyirəm. Yəqin ki, Bakı Marriott hoteldə açılmış markalardan xəbəriniz var. Philipp Plein, Brunello Cucinelli, Avenue Man və Azərbaycan bazarına yenidən qayıdan ayaqqabı markası Sergio Rossi (xatırladım ki, bir müddət bundan əvvəl marka 28 May-dakı butikini bağlamışdı). Hoteldə açılmış markalar haqqında ətraflı daha sonra yazacam, amma ilk olaraq Philipp Plein haqqında yazmaq istəyirəm. Açılış şərəfinə təşkil olunmuş kokteylə Azərbaycan cəmiyyət həyatının xanımları və bəyləri ilə birlik də, dizaynerin özü də qatılmışdı.


Markanın Bakıda bu qədər tez açılacağını gözləmirdim. Baxmayaraq ki, dünyanın ən böyük markaları biri-birinin ardınca şəhərimizdə özünə yer edir, yenə də Philipp Plein-in açılması sürpriz oldu. Hər nə qədər dizaynerin geyimlərini çox bəyənməsəm də, şəhərimizdə görmək hər kəs kimi məni də sevindirdi. Butikin öz dizaynına gəldik də, həqiqətən möhtəşəm bir iş ortaya çıxıb. Xüsusilə də, markanın ikonik simvolu olan skelet kəlləsinin qaşlarla bəzədilmiş maketi çox xoşuma gədi. 


İndi isə geyimlərə göz gəzdirək. Demək olar ki, qonaqların əksəriyyəti Philipp Plein marka geyim və aksesuar seçmişdi. Çox təəssüf ki, markadan nəsə seçmək məqsədiylə, bir çoxu səhv parçarı bir yerə gətirmişdi ki, bu da ortaya qarma-qarışıq bir görüntü çıxarmışdı. Bundan başqa qonaqlar arasında yeni sezon kolleksiyalarından nəzərə çarpan heç nə görəmədim. Onun yerinə bol-bol logolu, kəmərlər var idi. Moschino, Christian Dior, Hermes, Louis Vuitton və s. Uzun sözün qısası, seçimini nisbətən bəyəndiyim çox az xanım və bəy oldu. Aşağıdakı fotoda onlardan bəzilərini görə bilərsiniz.


1.İlk olaraq Zülfiyyə Xanbabayeva-nın seçimini bəyəndim. Xanımın seçim etdiyi don həm yaşına, həm də dəri rənginə çox yaraşıb. Nisbətən kök xanımların seçim etməsi üçün gözəl nümunədir.
2. Xanımın üzərində gördüyünüz geyimi də çox bəyəndim. Hər nə qədər tədbirə uyğun olmasa da. Yenə də çox yaraşdığını düşünürəm.
3. Əslində 3-cü fotodakı xanımın seçimini bəyənib-bəyənməmək arasında qaldım. Ağ donu, üstünə geyindiyi çəhrayı satin gödəkçəsi və tamamladığı Moschino kəməri ilə gözəl görsənir. Ayaqqabılara da pis demək olmaz. Ən azından rəngində problem yoxdur. Lakin rəngini heç bəyənmədiyim saatı, kəmərin üstünə qədər gəlib-çıxan boyunbağısı, eynəyi, böyük halqa sırğaları tamamilə artıq detallardır. Yenə də, digər qonaqların çoxuna baxanda normal seçimdir.
4. Bəlkə də seçimini ən xoşuma gələn xanım məhz 4-cü fotodakı xanımdır. Çox təəssüf ki, geyimini tam olaraq görə bilmirəm. Amma gördüyüm o möhtəşəm eynək, donun çiyin hissəsindəki strong-shoulder effekti yaradan lakin bir o qədər də zərif detalı, məni seçimin tamamının gözəl olduğuna əmin edir. Ən əsası isə bütün bunların xanıma çox yaraşmasıdır.
5. Daha bir bəyəndiyim seçim isə gördüynüz xanıma aiddir. Roland Mouret marka donu, Chanel çantası və YSL ayaqqabıları sadə və gözəl görsənir.
6. Hər nə qədər gənc xanımların Hermes Birkin-lərdən uzaq olması tərəfdarı olsam da, bu xanımın seçimi deyəsən məni fikrimdən daşındıracaq. Krokodil dərisi yaşıl çantanın rənginin gözəlliyini sözlə ifadə etmək çox çətindir. Həqiqətən çox bəyəndim. Ümid edirəm xanım eyni rəngdə kəmər vəya ayaqqabı seçərək bu gözəl rəngi adiləşdirməyib. Çox təəssüf ki, bizim xanımların çoxunda bunu görmək olar. Xanımın yanındakı bəyin də seçimini çox bəyəndim. Sadə və tədbirin konseptinə çox uyğunlaşdığını düşünürəm.
7. Bu fotodakı xanımın da seçimi çox zərif və gözəldir. Hətta bu sadəliyi onu tədbirin ən gözəl seçim etmiş xanımlarından biri edir. Hər nə qədər bu tədbirdə cins, t-shirt və pencək seçim etmiş kişiər daha uğurlu olsalar da, gördüyünüz fotodakı bəyin seçimi də, ona çox yaraşıb. Ən azından rəng olaraq sezona uyğun olduğu üçün pis demək olmaz.
8. Dizaynerin seçimi də pis deyil.

Seçimlərini bəyənmədiklərim haqqında bir söz demək istəmirəm, çünki, bunu yazmağa 3 gün 3 gece lazımdır. Ən yaxşısı bəzi fotoları sizinlə paylaşım. Digərlərinə isə burdan baxa bilərsiniz. Qərarı siz özünüz verin. Ümid edirəm bu cür tədbirlər daha çox olar, və yavaş-yavaş xanımlarımız və bəylərimiz necə düzgün geyinmək lazımdır öyrənər.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.



Photo Source:  Phillip Plein Baku Facebook Page,  Boutique Baku Magazine Facebook Page,  Passage Magazine Facebook Page and emsybax (skyscrapercity)
Note: Yuxarda gördüyünüz fotolar press də çıxdığı üçün xəbər də istifadə edilmişdir. Yazılmış fikirlər tamamilə şəxsi fikrimdir və tamamilə geyimlər və seçimlər ilə bağlıdır. Heç kəsin şəxsiyəti ilə bağlı heç bir fikir yoxdur.

Related Posts Plugin for WordPress, Blogger...