Uzun çəkən ayrılıqdan
sonra yenidən birlikdəyik. Mənə göndərdiyiniz email-lərdən də çox darıxdığınızı bilirəm. Mən də yay tətilimdə əlimdən gəldiyi qədər çox xəbəri sizinlə bölüşməyə çalışacam. Son
bir neçə ayda şəhərimizdə tədbirlər biri-birinin ardınca baş
tutur. Çox təəssüf ki, bunları sizinlə paylaşmağa
vaxt tapa bilmədim. Elə ilk yazıma da onlardan biri ilə başlamaq istəyirəm. Yəqin ki, Bakı
Marriott hoteldə açılmış markalardan xəbəriniz var.
Philipp Plein, Brunello Cucinelli, Avenue Man və Azərbaycan bazarına yenidən qayıdan ayaqqabı markası
Sergio Rossi (xatırladım ki, bir müddət bundan əvvəl marka 28 May-dakı butikini bağlamışdı). Hoteldə açılmış markalar haqqında ətraflı daha sonra yazacam, amma ilk olaraq
Philipp Plein haqqında yazmaq istəyirəm. Açılış şərəfinə təşkil olunmuş kokteylə Azərbaycan cəmiyyət həyatının xanımları və bəyləri ilə birlik də, dizaynerin özü də qatılmışdı.
Markanın Bakıda bu qədər tez açılacağını gözləmirdim. Baxmayaraq ki, dünyanın ən böyük markaları biri-birinin ardınca şəhərimizdə özünə yer edir, yenə də Philipp Plein-in açılması sürpriz oldu. Hər nə qədər dizaynerin geyimlərini çox bəyənməsəm də, şəhərimizdə görmək hər kəs kimi məni də sevindirdi. Butikin öz dizaynına gəldik də, həqiqətən möhtəşəm bir iş ortaya çıxıb. Xüsusilə də, markanın ikonik simvolu olan skelet kəlləsinin qaşlarla bəzədilmiş maketi çox xoşuma gədi.
İndi isə geyimlərə göz gəzdirək. Demək olar ki, qonaqların əksəriyyəti
Philipp Plein marka geyim və aksesuar seçmişdi. Çox təəssüf ki, markadan nəsə seçmək məqsədiylə, bir çoxu səhv parçarı bir yerə gətirmişdi ki, bu da ortaya qarma-qarışıq bir görüntü çıxarmışdı. Bundan başqa qonaqlar arasında yeni sezon kolleksiyalarından nəzərə çarpan heç nə görəmədim. Onun yerinə bol-bol logolu, kəmərlər var
idi. Moschino, Christian Dior, Hermes, Louis Vuitton və s. Uzun sözün qısası, seçimini nisbətən bəyəndiyim çox
az xanım və bəy
oldu. Aşağıdakı fotoda onlardan bəzilərini görə bilərsiniz.
1.İlk olaraq
Zülfiyyə Xanbabayeva-nın seçimini bəyəndim. Xanımın seçim etdiyi don həm yaşına, həm də dəri rənginə çox yaraşıb. Nisbətən kök xanımların seçim etməsi üçün gözəl nümunədir.
2. Xanımın üzərində gördüyünüz geyimi də çox bəyəndim. Hər nə qədər tədbirə uyğun olmasa da. Yenə də çox yaraşdığını düşünürəm.
3. Əslində 3-cü fotodakı xanımın seçimini bəyənib-bəyənməmək arasında qaldım. Ağ donu, üstünə geyindiyi çəhrayı satin gödəkçəsi və tamamladığı
Moschino kəməri ilə gözəl görsənir. Ayaqqabılara da pis demək olmaz. Ən azından rəngində problem
yoxdur. Lakin rəngini heç bəyənmədiyim saatı, kəmərin üstünə qədər gəlib-çıxan boyunbağısı, eynəyi, böyük halqa sırğaları tamamilə artıq detallardır. Yenə də, digər qonaqların çoxuna baxanda normal seçimdir.
4. Bəlkə də seçimini ən xoşuma gələn xanım məhz 4-cü fotodakı xanımdır. Çox təəssüf ki, geyimini tam olaraq görə bilmirəm. Amma gördüyüm o möhtəşəm eynək, donun çiyin hissəsindəki strong-shoulder effekti yaradan lakin
bir o qədər də zərif detalı, məni seçimin tamamının gözəl olduğuna əmin
edir. Ən əsası isə bütün bunların xanıma çox yaraşmasıdır.
5. Daha bir bəyəndiyim seçim isə gördüynüz xanıma aiddir.
Roland Mouret marka donu,
Chanel çantası və
YSL ayaqqabıları sadə və gözəl görsənir.
6. Hər nə qədər gənc xanımların
Hermes Birkin-lərdən uzaq olması tərəfdarı olsam da, bu xanımın seçimi deyəsən məni fikrimdən daşındıracaq. Krokodil dərisi yaşıl çantanın rənginin gözəlliyini sözlə ifadə etmək çox çətindir. Həqiqətən çox bəyəndim. Ümid edirəm xanım eyni rəngdə kəmər vəya ayaqqabı seçərək bu gözəl rəngi adiləşdirməyib. Çox təəssüf ki, bizim xanımların çoxunda bunu görmək olar. Xanımın yanındakı bəyin də seçimini çox bəyəndim. Sadə və tədbirin konseptinə çox uyğunlaşdığını düşünürəm.
7. Bu fotodakı xanımın
da seçimi çox zərif və gözəldir. Hətta
bu sadəliyi
onu tədbirin ən gözəl seçim etmiş xanımlarından
biri edir. Hər nə qədər
bu tədbirdə cins, t-shirt və pencək seçim etmiş kişiər
daha uğurlu olsalar
da, gördüyünüz fotodakı bəyin seçimi də,
ona çox yaraşıb. Ən azından rəng
olaraq sezona uyğun olduğu üçün pis demək olmaz.
8. Dizaynerin seçimi də pis deyil.
Seçimlərini bəyənmədiklərim haqqında
bir söz demək istəmirəm, çünki,
bunu yazmağa 3 gün 3 gece lazımdır. Ən yaxşısı bəzi fotoları sizinlə paylaşım. Digərlərinə isə
burdan baxa bilərsiniz. Qərarı
siz özünüz verin. Ümid edirəm
bu cür tədbirlər
daha çox olar, və yavaş-yavaş xanımlarımız və bəylərimiz necə düzgün geyinmək lazımdır öyrənər.
P.S
Luxury Baku blogunu Facebook-dan da izləmək üçün
buraya daxil olun.
Photo Source: Phillip Plein Baku Facebook Page, Boutique Baku Magazine Facebook Page, Passage Magazine Facebook Page and emsybax (skyscrapercity)
Note: Yuxarda gördüyünüz
fotolar press də çıxdığı üçün xəbər də istifadə edilmişdir. Yazılmış fikirlər tamamilə şəxsi fikrimdir və tamamilə geyimlər və seçimlər ilə bağlıdır. Heç kəsin şəxsiyəti ilə bağlı heç
bir fikir
yoxdur.